Farid Valiyev

Farid Valiyev
@faridvaliyev
Puan vermedi·197 syf.··
2025 6. kitabı
·
5 günde okudu
·
Okunma: 19 Mayıs 2025 10:32
Əsərin peysaj və hekayə nəqlində dəqiqlik insanın nəzərini cəlb edir. Kitabın başlarında Prendick'in səyahət etdiyi gəminin toqquşma nöqtəsini xəritədə en və uzunluqla qeyd etməsi, hekayənin başında insana detallı məlumatlarla yeni bir macəraya başladığı hissini verir. Hekayənin başlarından sonuna qədər Edward Prendickin başına gələnlərə nəzər yetirdikdə, şans, ehtimal, sürprizlər və qeyri-müəyyənlik kitabın hipotezisinin Darwinin təkamül nəzəriyyəsinə qarmaq atdığını müşahidə etmək olur. John Glendening “GREEN CONFUSION”: EVOLUTION AND ENTANGLEMENT IN H. G. WELLS’S THE ISLAND OF DOCTOR MOREAU məqaləsində bu romanın Charles Darvinlə birbaşa 3 əlaqəsi olduğunu qeyd edir. 1. Əsərin qəhrəmanı və hekayəçimiz Edward Prendick H.G. Wells'in özünə bənzəyir. Wells həmçinin Darvinin tələbəsi və dostu olmuş böyük biolog və təkamülçü Thomas Huxley'in tələbəsi olmuşdur. 2. Əlaqə Dr Moronun adasının Darvinin ziyarət etdiyi və onu məşhur edən Galapagos adası ilə oxşarlığıdır. 3. Əlaqə isə Darvinin Növlərin mənşəyi adlı əsərinin son paragrafında qeyd edilən "entangled bank" yəni müxtəlif növ canlıların zəncirvari bir əlaqə ilə bir yerdə yaşaması anlayışının məhz Doktor Moronun adası romanının mənimsəməsidir. Tək fərq bundadırki, Darvinin təkamül nəzəriyyəsi insanlıq və onun kainatdakı yeri haqda optimist bir baxış sərgiləməsinə baxmayaraq, Wellsin hekayəçisi insan həyatının mədəni və bioloji əsasının kəşfində negativ bir yol izləyir. Bu anlamda əsərin distopik bir elmi-fantastik əsər olduğunu deyə bilərik. Ancaq, tarixə bir baxış atdıqda heyvanlar üzərində müxtəlif növ və müxtəlif məqsədli yetərincə eksperiment və araşdırmalar aparıldığını nəzərə alsaq, bu distopiya heç də qeyri-adi gəlmir. Digər tərəfdən əsərdə tanrı və din anlayışına, ilkin cəmiyyətdə bu anlayışların necə yarana
Doktor Moreau’nun AdasıH. G. Wells · İthaki Yayınları · 201810bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
4/10
·228 syf.··
2025 9. kitabı
·
149 günde okudu
·
Okunma: 16 Haziran 2025 21:14
Müəyyən hissələr xaricində kitabın senarisi yaxşıdır. Amma dil üslubunda diqqət edilməli hissələr var. Fikrimcə Qayə, issız, pilləkənin son qədəməsi ( pilləsi), ansızın kimi sözlər istər istəməz kitabın orjinallığına xərər gətirib, türk dilindən tərcümə effekti yaradır (Bir çox tərcüməçilər bu cür mətnlər nəşr etdirərək tərcümə etdiklərini zənn edirlər). Adam oxuyanda epik fentezi janrda əskiklik hiss etmir. Hadisələr axıcıdır, lakin emosional hissələrdən səthi və sürətli keçilib. Kitab sanki illustrasiya və ya animasiya məqsədilə yazılmış senaridir. Hadisələr qovha-qovla yazılıb sanki. Yəni emosialarla möhkəmləndirilməli hədəflər tam oturmur. Bəlkə də mənə belə təsir bağışladı, bilmirəm. Kitabda uzaq şərqin və qərbin fantastik sintezini hiss elədim. Senari orjinal olsa da, personaj və peysaj yeni deyil. Məsələn kara adlandırılan varlıqları oxuyanda Legend of Drizzt-dəki trolları anımsadım. Həmçinin bu varlıqların zəif nöqtələri qırtlaqlarıdır. Bu da Yapon manga və animesi olan Attack on Titans-da divlərin zəif nöqtəsini xatırladır. Onların da tək zəif nöqtəsi boyunlarının arxası idi. Həmçinin deməliyəmki, Kay və Lena münasibəti, onların başına gələn fəlakət, hətta odun yığmağa getmələri və s. Kimi hadisələr də Attack on Titans-da Eren və Mikasanı xatırladır. Kitabda mətnlə yanaşı olaraq illüstrasiyaların verilməsi möhtəşəm bir addımdır, düşünürəm ki bunlar ilk səhifədəki kimi rəngli olsa daha əntiqə olar . Aksiyona və xarakterin üstləri tərəfindən bu qədər güvənilmə səbəbinə ətraflı toxunmaq olardı. Əsər irəlilədikcə məntiqi toqquşmalar da hiss olunur. Dünya və cəmiyyətlər sağ qalmaq uğrunda mübarizə apararkən yoldaşlıq naminə də olsa, bir şəhzadənin başqa bir cəmiyyətin əsgəri tərəfindən qorunması əsərin ciddiliyini azaldır mənə görə. Ümumilikdə isə yerli ədəbiyyat
Paralel Dünyada - 1. KitapAysel Şıxlı · Teas Press · 202428 okunma
Adəmdən öncə
9/10
·160 syf.··
2024 44. kitabı
Klassik elmi fantastik ədəbiyyatlar siyahısında öz yerini bərkitmiş və oxuyarkən çox zövq aldığım bir kitabdır. Xüsusilə Darvinin Təkamül nəzəriyyəsi və keçid növlərlə əlaqəsinə görə zamanında ABŞ-da antropologiya dərslərində əlavə ədəbiyyat kimi oxudulmuş bir kitabdır. Əsərdə bir neçə ara növ canlandırılıb. Bu mövzunu ədəbi şəkildə canlandırması mövzunun anlaşılmasını asanlaşdırdığı üçün məhz dərslərdə oxudulmasına şərait yaradıb. Atavism fəlsəfəsindən, yəni kobudca desək canlının öz keçmiş kökünə geri dönməsi fikrindən yararlanıb. Bu yanaşmanı Bəyaz diş və Əcdadların harayı əsərlərində də müşahidə etmək mümkündür. Yazar əsərdə keçid növlərin fiziki görünüşündən çox şüuri tərəflərini ortaya qoyub. Xüsusilə də İri dişin (Big Tooth) təsviri kitabın heç bir yerində yoxdur. (Bu əsəri oxuyanda uşaq vaxtı yuxudan hardansa yıxılırmışam kimi hiss edib oyanmağımın səbəbi aydın olmuşdu)
1000Kitap
Âdem'den ÖnceJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202526bin okunma