Böyük serjant susdu, Droqo ona qorxu içində baxırdı. İyirmi iki il qalada xidmət eləyəndən sonra bu adamdan nə qalmışdı? Tronk dünyada onun kimi milyonlarla adamın olduğunu, amma hərbi forma geyinmədiklərini bilirdimi? Onlar şəhərdə azad gəzib-dolaşır, gecələr isə uzanıb yatmaq və ya gəzməyəmi, teatramı getmək haqda özləri qərar qəbul eləyirdilər. Yox, Tronka bircə dəfə baxmaq kifayətdir ki, anlayasan: o, digər insanların varlığını unudub, onun bütün həyatı qala və onun zəhlətökən qaydalarıdır. Tronk artıq qız səsinin necə incə olduğunu, bağların, çayların, ağacların, əgər qalanın ətrafında bitən bu kolcığazları nəzərə almasaq - necə olduqlarını xatırlamırdı.
İqtisadiyyat tarixində ən çox yayılmış ssenari sürprizlərin roludur. Sürprizlərin səbəbi modellərimizin səhv olması və ya intellektimizin aşağı olması ilə bağlı deyil. Çünki Adolf Hitlerin doğulmasına 9 ay qalmış axşamçağı onun valideynləri arasında mübahisə ehtimalı Adolfun anadan olma ehtimalı ilə eyni idi. Həyatda təsadüfün rolu danılmazdır.
Fakt budur ki, sosial müqayisənin tavanı o qədər yüksəkdir ki, praktiki olaraq heç kim ona çata bilməyəcək. Bu isə o deməkdir ki, bu qalib gəlmək mümkün olmayan döyüşdür və ya qalib gəlməyin yeganə yolu əvvəldən döyüşməməkdir.
Oğlum dünyaya gəldikdən sonra ona bir məktub yazdım, orada konkret olaraq deyirdim:
"Bəzi insanlar təhsili təşviq edən ailələrdə doğulur; başqaları isə təhsilin əleyhinədir. Bəziləri sahibkarlığı təşviq edən və iqtisadiyyatı çiçəklənən ölkələrdə dünyaya göz açır; digərləri müharibə və yoxsulluq içində anadan olur. Mən sənin uğur qazanmağını və buna layiq olmağını istəyirəm. Amma başa düş ki, heç də bütün uğurlar çox çalışqanlıq hesabına olmur, yoxsulluğun da hamısı tənbəllikdən irəli gəlmir. İnsanları, o cümlədən özünü mühakimə edərkən bunu nəzərə al."