İnsan təbiəti kökündən yerli-dibli dəyişilə bilərmi? Allahın rəhmli yaratdığı bir insan başqa bir insanın təqsiri üzündən kinli ola bilərmi? İnsanın taleyi acı olmuşsa, onun qəlbi taleyin təsiri altında tamamilə dəyişilib kinli ola bilərmi?
Cəmiyyət ona ancaq “ədalət” dediyi və yalnız zərbə vurmaq istədiyi adamlara göstərdiyi üzünü çevirmişdi. İnsanlar həmişə əzab vermək üçün ona yaxınlaşırdılar. Hər dəfə insanlara yaxın olmaq onun üçün yeni bir zərbə almaq demək idi.