Fidan Cavadzadə

Fidan Cavadzadə
@fidanhere
To forget a friend is so sad. Not everyone has had a real friend. If I forget him, I may become like the grown-ups who are no longer interested in anything but figures...
Sayfa 22
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
10/10
·244 syf.·
2021 11. kitabı
Dörd il əvvəl oxuduğun kitaba qayıtmaq qəribə hiss etdirir. Həyatımda ilk dəfə idi ki, oxuduğum kitabı yenidən oxudum və indiki yaşımda dərk edə bildim. Bu məsələyə, həmişə mühakiməli yanaşırdım; oxunası bu qədər kitab varkən, gedib oxuduğunu bir də oxumağın nə mənası var axı? Məsələ bundadır, elə o mənanı tuta bilmədiyin üçün yenidən nəzər salmalı olduğun əsərlər var. Dörd il əvvəlki mənlə indiki mən arasında dağlar qədər fərq olduğu kimi, oxuduğumu qavrama şəklim də tamamilə fərqli idi. Əvvəl sadəcə "axıcı" və "maraqlı" olmağına fikir verirdimsə, indi obrazların daxili dünyası daha çox marağımı çəkirdi. Bazarovun öz-özü ilə ziddiyyət təşkil etməsi, atalar və oğullar arasındakı nəsil və düşüncə fərqi daha çox ön planda idi. Əsərin adı elə mövzunu simvolizə edir. Ata və əmi Kirsanovla gənc Arkadi və Yevgeninin sözləri heç cür üst-üstə düşmür. Yaşlı nəsil həyata romantik, gənc nəsil isə realist baxışlarla baxır. İstənilən nəsildə ata və övlad arasındakı bu perspektiv fərqi yaranır, çünki zaman dinamikdir və heç kəsi gözləmir, cəmiyyət isə sürətlə dəyişməyə davam edir. Cəmiyyət dəyişən zaman onun qaydaları da, baxışları da mütənasib olaraq dəyişilir. Bir zamanlar doğru olaraq qəbul etdiklərin, gün gəlir, hamı tərəfindən qınaq obyektinə çevrilərək lənətlənir və ya tərsinə. Bunun ilkin nümunəsini isə elə öz evində, öz qanından olan insanlardan eşidirsən. Bizim ailələrdə bu fərqli perspektivə qarşı daimi bir müqavimət var, valideynlər onlardan "törənən", "dünənki uşaq" hesab etdikləri övladlarının həyata baxışlarını qəbul edə bilmirlər. Qəbuledilməzdir, çünki öz təcrübələrinə söykənirlər, lakin başa düşmürlər ki, bəzi təcrübələrin sadəcə olaraq, vaxtı keçib və zəmanə dəyişilməkdədir. O vaxt oxuyandan ən çox yadımda qalan obraz Bazarov idi. Dörd il əvvəl oxuduğum Bazarov
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 202455,8bin okunma
sənət, yoxsa lənət?
Puan vermedi
Fromm insanı bir mexanizm kimi yox, insan kimi ələ alıb analiz edən, araşdıran psixoanalitik və yazıçıdır. Həcmi kiçik olmasına baxmayaraq, məşhur kitabını iki həftəyə yayıb oxudum. Kitabla bağlı çoxlu qeydlər götürmüşəm, onlardan bəziləri (p.s. türk dilində oxumuşam deyə tərcüməsini yazacam): "Birini sevmək sadəcə güclü bir duyğu deyil; bir düşüncə, bir mühakimə, verilmiş bir sözdür. Əgər sevgi sadəcə bir duyğu olsaydı, qarşılıqlı verilən əbədi sevmək sözlərinin heç bir əsası qalmazdı." (səh. 76) Bu alıntı reallıqdır – heç bir bəzək-düzək olmadan yaş əski kimi çırpılır üzümüzə. Bəzən qarşına verdiyi sözü tuta bilməyən biri çıxır və ya əksinə, sən o sözü tuta bilmirsən. Duyğularını fikirləş: nə qədər əsəbi qala bilirsən? Bəs sevinc daimidir? Heç vaxt bunlarla tay tuta bilməzsən sevgini, o əbədi deyil, amma anlıq bir duyğu da ola bilməz. "Eqoistlik özünü sevməkdir, yoxsa özünə olan sevgisizliyin bir nəticəsidir?" (səh. 78) Bunu oxuyanda həm təəccüb elədim, həm də düşündürdü. Necə yəni, eqoist dediyimiz adam özünü sevmir? Sözə bir baxın, eqoist, içində eqo – yəni "mən" sözü var. Məsələn, sosial medianın, bloggerlərin, psixoloqların və s. hamıya aşıladığı bir düşüncə var, hamısı bu cümləni bayraq eliyib: "Özünü sev." Mən elə bu "sev" hissəsinin problemli olduğunu düşünürəm. Fromm'un da qeyd etdiyi kimi, sevmək digər sənət sahələri kimi öyrənilməli bir bacarıqdır, sən sadəcə "özümə baxıram, fitness zaldan çıxmıram, özümə bahalı paltarlar alıram, self-care day xoxo" deyərək özünü sevmiş olmursan. Sevmək yox, qəbul etmək lazımdır, yəni ki "Özünü qəbul et." Bu o demək deyil ki, obezsənsə basıb yeməyə davam eləməlisən, belə də əlasan. Bu arada obezlik iradəsizlik yox, bir xəstəlikdir, o cür yanaşıb sağalmaq üçün addımlar atmaq lazımdır. Necə ki, qrip olanda griphotları,
Sevme SanatıErich Fromm · Say Yayınları · 20207,8bin okunma
ehtiyaca görə sevmək, yoxsa sevgidən doğulan ehtiyac?
Olgunlaşmamış sevgi, "Seni seviyorum, çünkü sana ihtiyacım var" der. Olgunlaşmış sevginin söylediği ise "Sana ihtiyacım var, çünkü seni seviyorum"dur.
Sayfa 63
Sevmek, narsisizmin ve benmerkezciliğin yarattığı hapishanenin yalnızlık ve soyutlama hücrelerinden kurtulmaktır.
Sayfa 61