Təsəvvür elə, həyatdan o qədər bezmisən ki, beynində yaşamağa başlayırsan. Nə qədər az effort, o qədər yaxşı. Beyninin içində ölkələri gəzirsən, aşiq olursan, müxtəlif insanların həyatlarını yaşayırsan. Kitab məhz bu fəlsəfə üzərindən gedir, heç bilmirəm bunu fəlsəfə adlandırmaq olarmı? Həyat tərzi desək, həyatı da yaşamırsan. Bax belə, təzadlarla dolu bir əsər idi.
Altı yüz səksən səhifədən sonra anladım ki, mən bu kitabı oxumaq üçün həyatı çox sevirəm. Bir də qələt eliyib özümə xəyalpərəst deyərəm. Məncə, hamımız Pessoanın yanında qələt edirik.
Kitablara başlamamış buradakı (spoiler-free) reviewları oxuyuram. Bu dəfəki kitab roman olmadığı üçün bir çox təhlili oxudum və kitabın çox adamda oxşar duyğular oyatdığının fərqinə vardım. Biri demişdi ki, kitabda cümlələri xətləyənlərin sevəcəyi tərzdə bir kitabdır. Həqiqətən də, kitab qeydlərimlə doludur. Daha depressiv dönəmlərimdə oxusaydım, daha çox mənə xitab edərdi. Yenə də, özümdən bir şeylər tapdığım əsər idi.
Pessoa obrazın dilində kitabı bu şəkildə ümumiləşdirib:
"Bu kitab heç həyatı olmamış bir adamın bioqrafiyasıdır."
Həyat kənardan baxdığın zaman barmaqların arasından sivişib gedir, onu yaşamadan həyata qatıla bilməzsən. Pessoanın obrazı həyata qatılmağı rədd edir, təbii olaraq ona bağlı olan hər şey: mal-mülk, status, eşq, dostluq – hər şey boşluqdan ibarətdir, hər şey mənasızdır. Hətta özü deyir ki, cümlələrimi başa düşməyə vaxt sərf etməyin, onsuz da bir mənası yoxdur. O boyda altı yüz səksən səhifə bunun deyinməyini oxu, bu da qayıdıb desin ki, nəyə oxuyursan, boş-boş şeylərdi də yazmışam :D Sonra ərsəyə gətirmək istədiyi, amma mükəmməl olmayacağı üçün ərsəyə gətirməkdən qorxduğu əsərlərdən danışa-danışa ortaya ölməz əsərlərdən birini çıxarır. Ağlımda "Təzadların Yazarı" olaraq qalacaq