Fidan Cavadzadə

Fidan Cavadzadə
@fidanhere
dərindən hiss etmək həm sənət, həm də lənətdir.
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Sən uzaq yaşıl ada
7/10
·248 syf.·
2025 51. kitabı
Kitabın adı çox maraqlı deyil? Üz qabığından danışmıram hələ. Düzdür, ilk görəndə elə bildim, qara pişikdir, sən demə tülkü imiş. Əsər yazıçının debut kitabından sonra qələmə alınıb, onu da bu yaxınlarda oxuduğum üçün mövzular arasındakı və üslubdakı fərq çox xoşuma gəldi. Ümumiyyətlə, əsərin verdiyi "atmosfer"i bəyəndim. Bəzi detallarda özümü tapdım deyə bilərəm: Mahnılara yüklənən mənalar, Qeysin xarakteristik xüsusiyyətləri və s. Naiq Babayevin üslubunda bəyəndiyim şeylərdən birisi də, cümlələrdən istifadə edərkən istədiyi "sinema effekt"ini yaratma bacarığıdır. Yazıçı qurmaq istədiyi səhnəni asanlıqla oxucuya çatdırır və oxuyarkən sanki hansısa filmin editlənmiş səhnəsini 2x sürətdə izləyirsən. Ona görə də, hekayənin atmosferinə sala bilir. Süjeti sevsəm də, bəzi məqamların qaranlıq qaldığını deməliyəm. Hətta bir anlıq "Fight Club" tərzində, Qeys'lə Sahilin eyni şəxs ola biləcəyini düşündüm, ki bu da çox təxmin edilən olardı. Mən Qeysin nöqtələri birləşdirərkən qurduğu teoriyaların tamamilə səhv çıxacağını düşünürdüm, çünki əsaslandığı şeylər təsadüf də ola bilərdi. Sonda Sahil hər şeyi açıqlayanda gördüm ki, hər şey məhz Qeysin düşündüyü kimi imiş. Şəxsən o qədər də "plot twist" hissi yaşamadım, bəlkə başqa oxucularda fərqli olar. Əsər boyunca, daha çox mexaniki baş verənləri oxuyuruq, emosiyalar mahnılar vasitəsilə ötürülür. Flora Kərimovanın "Yaşıl Ada"sı necə deyərlər, tam oturub. Qeysin hisslərini belə-belə başa düşsəm də, qadın obrazlarla demək olar ki, empatiya qura bilmədim. Sabinanın influnser tərəfi daha çox önə çıxarılırdı, Qeysin onda "nə tapdığını" da öyrənmək istəyərdim. Bəlkə də, məqsəd Qeysin iş həyatında bu qədər uğurlu ikən, şəxsi həyatında empatiya bacarığının nə qədər zəif olduğunu göstərməkdir. O halda, işi empatiya qurmaq olan birinin bunu
Atmosferə Uyğun Mahnı QoyNaiq Babayev · Parlaq İmzalar Neşriyyatı · 202518 okunma
kitab playlistimi oğurlayıb :D
Pleylistin rəng paleti diqqətimi çəkir: ağ-qara. Yəni seçilən hər mahnının örtük şəkli ağ-qaradır.
Sayfa 49
Axtarışda olan biri üçün təsadüf yoxdur.
Sayfa 48
Yaşamak canımızı yakıyordu, çünkü canlı olduğumuzu biliyorduk.
Sayfa 379