Fidan Cavadzadə

Fidan Cavadzadə
@fidanhere
Axtarışda olan biri üçün təsadüf yoxdur.
Sayfa 48
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Yaşamak canımızı yakıyordu, çünkü canlı olduğumuzu biliyorduk.
Sayfa 379
İtirdiklərinə bir qədəh qaldır
6/10
·372 syf.·
2025 50. kitabı
İlk olaraq, kitabı 2 günə bitirdiyim üçün deməyə sözüm çoxdur, hazır ağlımdaykən (gecə saat 2:02, telefonda) yazım dedim. Kitabı oxuyandan “lost on you” trekini dəfələrlə dinlədim, sevdiyim treki yenidən xatırlatdığı üçün yazıçıya təşəkkürümü bildirirəm burdan :) Yazıçı səhv eləmirəmsə, İsmayıl Şıxlının nəvəsidir. Babasının əsərlərini çox sevdiyim üçün ayrı həvəslə oxudum. Əsərdəki hadisələrin iki nəfərin perspektivindən təkrarlanması maraqlı idi, romanlarda bu cür fərqlilikləri sevirəm. Ən çox da araya sərpişdirilmiş və açıqlaması irəliləyən hissələrdə tapan detalları çox bəyəndim: əzilmiş konfet, tikiş izi və s. Diqqətli oxuyucu üçün belə şeylər “wow” effekti yaradır, həmçinin maraqda saxlayır ki, bu yara izi nə məsələdir, görəsən? Ən əsası da, axıcı, yormayan, hətta dincəldən tərzdə yazılıb. Mövzumuz sevgi üçbucağı, hətta dördbucağıdır. Bu, xoşuma gəlməyən məqamlardan birisidir. Əks cinsin dostluğu, onsuz da cəmiyyətimizdə tam qəbul olunan və ya yaxşı yanaşılan bir şey deyil. Bunun əsas səbəbi də tərəflərdən birinin hisslərə qapılması, situasiyadan istifadə etməsi və s. olur. Mən dostluqda cinsiyyət olduğunu düşünməsəm də, müəyyən sərhədlər olmalıdır deyə düşünürəm. Yəni, Mələk konkret kor idi. Ezelin anası kör Meliha belə başa düşərdi ki, Murad qızın dərdindən ölür. Bunlarınkı dostluqdursa, münasibətdəki insanlar neyniyir? Mələk də az “pick-me” (mən gen-z nəsliyəm, döyməyin) deyil ha. Qara qız, cılız qız deyə deyə hansı erkək cinsinə salam versə bir könüldən min könülə aşiq edir, maşallah. Hətta yaxın və tək qız dostunun daha çirkin təsvir edilməsi, qısqanclıq edib on beş illik dostunu atması, bacısı Nurayın ayağını qırmaqdan başqa bir işə yaramaması və ümumiyyətlə, Mələkdən başqa bütün qadın obrazların arxa plana atılması, əsərin Mələk və digər kişilər
Qanadsız MələkAysel Şıxlı · Teas Press · 0408 okunma
Sahip olamadığım şeyle isteyemediğim şey arasında bir köprüyüm.
Sayfa 298
Huzursuzluğun Kitabı elə bir kitabdır ki, 10-20 il sonra oxuyanda diqqətimi başqa fikirlər çəkəcək, altından xətt çəkdiklərim ya təsdiqlənəcək, ya da razılaşmıyacam.