Firuza Jvd

Firuza Jvd
@firuzajvd
Bir kitab sevdasıdır
9 Kasım 1996
31 okur puanı
Temmuz 2023 tarihinde katıldı
2/10
·352 syf.··
2026 1. kitabı
Dünyanın ən gərəksiz kitabı ola bilər. Kitab insana sıfır dünya görüşü qatır - desəm yeridir. Psixologiya ilə yeni yeni tanış olan və həyatında ən çoxu 1 dəfə detektiv oxumuş olan hər kəs kitabı əlinə alan kimi vəziyyəti təxmin edərdi. Bütün bunların yanı sıra qurğusu da inanılmaz zəif idi. Çox vacib nüanslar havada qaldı. Başladım deyə bitirmək zorunda qaldım. Yoxsa sırf zaman itkisidir.
HizmetçiFreida McFadden · Olimpos Yayınları · 202311,4bin okunma
Reklam
Atatürk qarşıtı Sabahattin Ali ?!
Puan vermedi·256 syf.··
2024 1. kitabı
·
201 günde okudu
·
Okunma: 30 Ocak 2024 00:08
Kitabı bir dəfə oxumaq istəyib, yarım saxlamışdım. Qədim Türkcə mənə çox dolaşıq və ağır gəlmişdi. Bu il qısa müddətdə oxuyub bitirə bildim. Kitabdan çox yazarın özünə vurğu etmək istəyirəm. Yazıçı kitabda gəncliyin daxili çaxnaşmalarını, hər əsən küləyin təsiri ilə sürüklənməyini, öz şəxsiyyətini tapa bilməyib, bilməyi istəməyib, daha çox başqa insanlar və hadisələr üzərində egosunu şişirməyə çalışmağını olduqca gözəl vurğulayıb. Kitabı oxuyarkən yan personajların xarakteri davranışları mənə həddindən artıq tanış gəlsə də, ağlıma gələn ehtimalı göz ardı etməyə çalışırdım. Taa ki, ig'da qarşıma çıxan S. Alinin ölüm şəkli, tutduğu mənafe haqda ətrafı məlumat olan bir postla tanış oluncaya qədər. Əslində Alinin Atatürk qarşıtı olduğunu, İçimizdəki Şeytan əsərindəki çevrimci gənclərin tənqidində Atatürk və Silahdaşlarını (bu 100% dəqiq deyil, amma elə deyilir) tənqid etdiyini hətta zamanında ölkədən qaçmaq istəyərkən gənc yaşında ona kömək edən şəxs tərəfindən başından aldığı zərbə ilə öldürüldüyünü eşidəndə, əsərə birmənalı yanaşmaqda çətinlik çəkməyə başladım. Həddindən artıq tarix və tarixi şəxsiyyətlər haqqında məlumatsız biri olsam da, Yazıçının tutumu məndə əsərə qarşı müəyyən qarışıq duyğular oyatdı. Həm xarakterlərin bu qədər dəqiq və dərin daxili təhlili məni heyran etdi, həm də Saygıdəyər Ata'ya qarşı düşmancıl münasibəti məni üzdü. Düşünürəm ki, həyatdan köç etmiş insanların arasındakı husumeti mümküncə mütaliəmizə bulaşdırmasaq daha gözəl olar. Hər şeyə rəğmən hər ikisini də çox sevirəm <3
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019208,8bin okunma
Öyə öyə bitirilməyən Agatha Cristi
Puan vermedi·191 syf.··
2023 66. kitabı
Heç zaman, gündə bir "kitab" "buraxan" yazıçıları oxumağa can atmamışam. Çünki hər kəsə məlumdur ki, kəmiyyət çoxaldıqca keyfiyyət sıfıra doğru yaxınlaşır. Bir yenilik, bir fərqlilik olsun deyə, bir dostun tövsiyyəsi ilə, Agatha Christidən ən məhşur "On Küçük Zenci" romanını oxumağa qərar verdim. Həyəcanlı, qeyri-müəyyən, qatil üstündə dəqiq bir xüsusiyyət buraxmayan, 10 nəfərin zaman zaman hamısından şübhələndirən bu detektiv kitab, məni kitabı 1 sutka ərzində bitirməyə vadar etsə də, kitabdan həyata baxış bucağıma nəinki yeni bir pəncərə açdıracaq ifadələr tapdım, heç tanış olan, bilindik yeni bir hər hansı yanaşmaya da rast gəlmədim. Bütün diqqətin hadisələrin üstündə cəmləndiyi, ancaq qatili düşündürən, qəşəng qurğulanmış, sıradan bir detektiv əsəri idi. Məlum yazıçıların bir tık daha keyfiyyətlisi)) Ümimilikdə isə boş zaman itkisi.. Bəlkə nə zamansa beynim yeni bilgilərlə yüklənincə nəfəs almaq üçün yazarın başqa bir romanına müraciət edə bilərəm. Öyrənməyə fasilə verib rahatlamaq üçün oxuna biləcək tipdə bir yazardır. Növbəti dəfə Arthur Konan Doyl - a müraciət etməyi düşünürəm.
On Küçük ZenciAgatha Christie · Altın Kitaplar · 200643,5bin okunma
Başı kəsik gəlin?!.
8/10
·566 syf.··
2023 62. kitabı
İlk kitabını - Aklında bir sayı tut- oxuduqda, çox təsirlənsəm də ən başından şübhələndiyim şəxs qatil çıxdı. İndi oxuduğumda da eynən ən başında - zaman zaman başqalarından şübhələnsəm də- görəsən dediyim şəxs qatil çıxdı. Bu dəfə iş Amerika çapında böyük bir qruplaşmalara qədər uzansa da sonunda qatil əslində sürpriz kimi göstərilən amma əsla olmayan biri çıxdı. Sevmədiyim cəhəti o oldu ki, hər iki əsərdə hər kəsi didik didik analiz etməsinə qarşın qatillərə çox da yaxınlaşmaması oldu. Detektiv Gurneyi bu qədər diqqətcil bir adam kimi göstərib, amma qatil olan şəxsin analizinə heç diqqət etməməsi bir az absurd gəldi. Ümumilikdə çox da janr/kitab sərrafı olmadımı göz önündə bulundurarsaq, çox sürətlə oxuya biləcəyiniz həyəcanlı bir kitabdır. Və insan psixlogiyasına çox gözəl toxunulub. Yalnız, Davidin hər kəsin hər hərəkətinə bir qulp taxmağı məni çox gərirdi. İndisə üstüörtülü məsum bir spoyler: qatil ən başından bəri göz önündə idi)) oxuyacaq olanlara indidən xoş mütaliələr
Gözlerini Sımsıkı KapatJohn Verdon · Koridor Yayıncılık · 201217,2bin okunma