f

10/10
·271 syf.··
2026 4. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Ocak 2026 17:42
"Gəlinlər Həmayili" və yaxud "Məktubati - Şeyda bəy Şirvani" Əsər "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" adlı hisslərdən ibarət roman-dilogiyadır. Əsərin əsas qəhrəmanı Şeyda bəy avtobioqrafik obrazdır. O müəllif ruporudur, Qənizadə Şeyda bəyin timsalında maarifçi düşüncələrini, vətəndaş-ziyalı mövqeyini ustalıqla ifadə etmişdir. Əsərin birinci hissəsi ilə tanış olduqda görürük ki, müəllimin cəmiyyətdəki rolu heç də ürək açan deyil. Şeyda bəy qardaşı qızına toy hədiyyəsi olaraq həmayil söz verir. Aradan bir müddət keçəndən sonra Diləfruzun evlilik xəbərini alıb sevinir lakin bundan sonra mənəvi cəhətdən çox dərin hüzn keçirməyə başlayır. Çünki o maddi ehtiyac içərisindədir və verdiyi sözü yerinə yetirə bilməyəcək. Elmi ədəbiyyatda Şeyda bəyin verdiyi söz və onun imkanları arasında ziddiyyət olduğu göstərilir və gülünc obraz kimi təqdim olunur. Məncə o heç də gülünc obraz deyil, əksinə onun verdiyi söz onun daxili aləminin zənginliyini göstərir. Müəllim olaraq isə Şeyda bəy çox savadlı, işini haqqı ilə görən vətəndaş müəllim obrazıdır. O müəllim olduğu üçün hər daim şükür edir, xidmətini ən böyük mənəvi dəyər, yaşamağın mənası hesab edirdi. Şübhəsiz, Şeyda bəyi yaradan müəllif özü də bütün varlığı ilə maarifçidir. "Müəllimlər iftixarı" pedaqoji traktatdır. "Gəlinlər həmayili" Şeyda bəyin Badkubədən, Buxarıya səyahətnaməsidir. Hadisələr 5 süjet xətti əsasında cəryan edir. Əsas süjet xətti isə Şeyda bəy - Sofiya xanım xəttidir. Müəllif əsərdə vermək istədiyi ideyanı sevgi fonunda qələmə alıb. Əsərin əvvəlində öz hisslərinə hakim ola bilməyən Şeyda bəy, əsərin sonunda hisslərinə və nəfsinə qalib gəlir. "Əmanətə xəyanət etmir" . İkinci hissədə ən çox diqqətimi çəkən hissə isə "bəşəri qardaşlıq" ideyasdır. Müəllif onu göstərmək istəyir ki, din, milliyət, irq
Edebiyat
Gəlinlər HəmayiliSultan Məcid Qənizadə · Yazıçı Nəşriyyatı · 198620 okunma