Diri bədənlərin ölü beyinləri...
Puan vermedi·96 syf.··
2026 19. kitabı
·
8 saatte okudu
·
Okunma: 15 Haziran 2026 19:44
Əsərdə elmsizliyin, kor-koranə inancın gətirdiyi fəlakət və çarəsizlik elə bir səviyyədə təsvir olunub ki, insan oxuyanda dəhşətə gəlir. Bütöv bir kütlənin bir fırıldaqçının yalanına necə qurban getdiyini, insanların öz iradəsini və ağlını necə heçə saydığını oxuyuruq. Əgər bir insanın düşüncəsi, elmi və sorğulamaq qabiliyyəti yoxdursa, o yaşayan ölüdür. İnsanı sarsıdan çox ağır bir kitabdır. Mütləq oxunmalıdır.
1000Kitap
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,280 okunma
8/10
·303 syf.··
Beğendi
·
2026 8. kitabı
·
6 günde okudu
·
Okunma: 10 Mart 2026 17:25
Oxuduqca və səhifələr çoxaldıqca sıxıcı gəlir, sadəcə xəstəlik haqqında yazıldığını düşünür və ağlım Covid19 karantina zamanındakı bizə gedirdi. Sonra bir bir xarakterlərin özlərini oxuduqca əslində təkcə xəstəlikdən bəhs edilmədiyini, verilən qurbanlar sadəcə insanlar deyildi, həmçinin hisslər idi. Ümid edirəm bir fəlakətə daha qurban getmərik...
VebaAlbert Camus · Can Yayınları · 202024,6bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Puan vermedi·303 syf.··
2025 19. kitabı
·
1 saatte okudu
·
Okunma: 28 Aralık 2025 23:58
Salam, bu gün sizinlə Albert Camusun "Taun" romanının təhlilini bölüşəcəyəm. Əsər fəlsəfi roman janrında yazılmışdır. Əsərdə ölümün absurdluğu, bir nəfər öləndə faciə saydığımız şeyin, hər hansısa virus təbii fəlakəti qarşısında insanların ölümünün sadəcə statistika, rəqəmlərdən ibarət olduğu göstərir. Absurd həyat, insanların fərqli baxış bucaqları, kollektiv məsuliyyət kimi ünsürlər əsərdə çox real şəkildə işlənmişdir. Əsərdə hadisələr Oran şəhərində baş verir. “Taun” əsəri Oran şəhərində qəfil yayılan epidemiyadan bəhs edir. Şəhər karantinə alınır, insanlar sevdiklərindən ayrı düşür, ölüm gündəlik həyatın bir parçasına çevrilir. Roman hadisələrdən çox insanların bu fəlakətə olan mənəvi reaksiyalarını göstərir. Bəziləri ölümü sakitcə qəbul edir, bəziləri isə bu fəlakətdən insanları xilas etmək üçün yol axtarır. Camus taunu təkcə xəstəlik hesab etmir. Taun əsərdə müharibə, faşizm, biganəlik, insanın insana laqeydliyi kimi bütün kollektiv bəlaların simvolu kimi verilib. İndi isə əsərdəki bəzi obrazlar haqqında olan fikirlərimə gələk: Dr. Bernard Rieux obrazı əsərdə əsas olanda verilən obrazlardan biridir. Rieux həkimdir. Əvvəldən bu bəlaya çarə tapmaq üçün çalışır. Rasional biridir, insanları aldatmaq istəmir, mərhəmətlidir, insanları qorumağa, xilas etməyə çalışır. Ümidə deyil, məsuliyyətə inanır, buna görə də daim işinə köklənib insanları xilas etmək üçün çalışır. Əsərdə ən sevdiyim obrazlardan biri də Tarrou obrazı oldu. Bu obrazda bir növ özümü gördüm. Dərin düşüncəli, müşahidəçi bir obrazdır. Humanist, idealist, mərhəmətli biridir. Günah anlayışı ilə daxili mübarizə apardığını əsər boyu görürük. Paneloux əsərin əsas dindar obrazıdır. Virus zamanı qara kütlənin idarə olunmasında onun rolu böyük olur. Dini inancını sarsıtmamaq üçün kor-koranə ölümü qəbul
VebaAlbert Camus · Can Yayınları · 202024,6bin okunma
Puan vermedi·128 syf.··
2025 35. kitabı
“İçimizdəki Şarikov: Bulqakovun Cəmiyyətə Tənqidi Baxışı” Mixail Bulqakov "İt Ürəyi" Əsər nəinki öz zamanın, deyərdim ki, bütün zamanların ən kəskin satirasıdır. Kafkan'nın məhşur "Çevrilmə" əsərinin daha satirik və fərqli formasıdır bu əsər. ( Bir məlumat oxumuşdum, romanın fabulası: Herbert Uellsin «Doktor Moronun adası» romanından doğulub. Hərçənd ki, bu kitabı oxumamışam.) Amma burada çevrilmə təkcə fiziki deyil, eyni zamanda, cəmiyyətin içində gizlənmiş kobudluğun, nadanlığın və mədəniyyətsizliyin insan obrazında canlanmasıdır. "Şarik" adlı itin dilindən cəmiyyətin iç üzünü görürük və insanın necə qorxunc məxluq olduğunu bir daha görürük. İnsan təkamül qanunlarına təsir edə bilərmi...? Filipp Filippoviç Preob­rajenski heyvana insan hipofizini köçürür. Əslində "Şüursuz heyvana, şüurlu heyvanın hipofizini" köçürür desək daha doğru olar. Şarik olur, Şarikov və professorun az qala infarkt kecirməyinə səbəb olur. Bu yerdə elə kitabdan bu sitat: Bütün dəhşət burasındadır ki, onun ürəyi artıq it ürəyi yox, məhz insan ürəyidir. Özü də təbiətdə olanların ən yaramazı” Əslində insanın yaradılış tarixində ən böyük heyvan olduğunu üzümüzə şillə kimi çırpır. Bulqakov bizə göstərir ki, mədəniyyət insanın anatomiyasında deyil, şüurundadır. Cahillik ilə güc birləşəndə fəlakətə doğru aparır. Yazıçı Sovet cəmiyyətindəki süni " yenidənqurma" ideyalarına tənqidi yanaşır və insan təbiətinin dəyişdirilə biləcəyi illüziyasına güclü zərbə vurur. Əslində cəmiyyət yanlış ideyaların təsiri ilə formalaşanda, əsil "Şarikov"lar üzə çıxır. Eynilə günümüz cəmiyyətində üzə çıxan, TikTokerler kimi. Roman eyni zamanda heyvanların üzərində amansız təcrübələr aparmağın "Elmi tərəqqi" adı ilə ən pis şəkildə etik sərhədləri əzib keçməsinin tənqididir. Eynilə günümüzdə artıq insanlar
İt ÜrəyiMihail Bulgakov · Qanun nəşriyyatı · 025,8bin okunma
Zərafətin simvolikası-Audrey
Puan vermedi·64 syf.··
2025 34. kitabı
·
1 saatte okudu
·
Okunma: 24 Ekim 2025 12:46
"Əsla yox olmayan tək gözəllik zərafətdir."-demiş Audrey Hepburn. Audrey hər zaman ən çox sevdiyim,hətta tək sevdiyim məşhur sima olub.Vəfatından illər keçsə də, malik olduğu zərafət, incəlik,eyni zamanda güclü qadın siması onu daha da yaddaqalan edib mənim üçün. Bu gün isə onun həyatını və fikirlərini daha dərindən oxuma şansım oldu və anladım ki,onun əsl incəliyi sadəcə simasında yox, daxili dünyasında gizlənmişdi-həm də gözəl,ilhamverən biri idi. Audrey, II Dünya Müharibəsinin çətinlikləri ilə böyüyüb, uşaqlıq illərini aclıq və qorxu içində keçirmişdi. Bu təcrübələr onun dünyagörüşünü, empatiyasını və xeyirxahlığını formalaşdırmışdı. Hollywood'da parlaq işıqlar altında olmasına baxmayaraq, o, təvazökar, sakit və mehriban bir insan idi.Məşhurluğunu və sənətini insanlığa xidmət üçün istifadə edirdi. UNICEF Səfiri olaraq o,müharibə və təbii fəlakət qurbanı uşaqlara ümid oldu, onları yalnız fiziki yardımla deyil, həm də sevgisi və diqqəti ilə dəstəklədi. Hepburn üçün şöhrət bir məqsəd deyil, bir vasitə-dünyanı bir az daha yaxşı etmək üçün bir güc idi. Audrey Hepburnun həyatı bizə xatırladır ki,əsl zəriflik yalnız gözlə görünən deyil;o, insanın daxili gözəlliyi ilə,xeyirxahlığı və empatiyası ilə əks olunur. "İnanıyorum... Pembeye inanıyorum. Gülmenin en iyi kalori yakan şey olduğuna inanıyorum.Her şey ters gider gibi görünürken güçlü olmaya inanıyorum. Mutlu kadınların en güzel kadınlar olduklarına inanıyorum.Yarının başka bir gün olduğuna inanıyorum ve mucizelere inanıyorum..."~Audrey Hepburn
1000Kitap
KafkaOkur - Sayı 23 (Ocak 2018)KafkaOkur Dergisi · Kafka Okur Dergisi Yayınları · 2018802 okunma
Cəfər Cabbarlı - Dilarə
10/10
·96 syf.··
2025 29. kitabı
İlk dəfədir bir kitab haqqında fikirləeimi burda bölüşəcəm. Cəfər Cabbarlının "Dilarə" adlı əsəri. Bu kitabda 5 qısa hekayələr toplanıb. 1. Dilarə 2. Aslan və Fərhad 3. Mənsur və Sitarə 4. Əhməd və Qumru 5. Gülzar Açığı mənə ən çox təsir edən "Aslan və Fərhad" və "Gülzar" hekayələri oldu. Qardaş qardaşa düşmən olur, başlarına gəlməyən fəlakət qalmır. Sonda haqq ədalət yerini tapır. Amma "Gülzar" hekayəsində... İlahii, bir kişi öz qüruruna görə təcavüzə uğramış bir qadını necə el içində rüsvay edə bilər axı?! Kişilikdəndirmi bu ? Gülzarın Quranı sıx sıx tutması, tanrıya yalvarsada heç bir çarə tapmaması... Düşünün 1900 lərdə yazılmış əsərdəki bu cür problemləri biz 2025 də yaşayırıq, görürük, şahidi oluruq. Mentalitet gözəl şeydir, amma o mentalitetdəki bir şəxsiyyəti alçaltmaq var, ölüm var.. Mən o mentaliteti cahillik sayıram. Mentalitet adıyla yüz oyun çıxardırsız, özünüzdən qaydalar tətbiq edirsiz işinizə gəlməyəndə də istədiyiniz kimi hoqqabazlıq edirsiz.. Gülzarın həyatını məhv edən sadəcə bir "kişi" deyildi, bir cəmiyyət idi, olmaz olsun elə cəmiyyət! Əsəri oxumağı hər kəsə tövsiyyə edirəm, oxuyun cahil təbəqəni bari bizlər məhv edək, çürüsünlər..
DilarəCafer Cabbarlı · Xan Nəşriyyatı · 202424 okunma