Füzuliyə
Bu gün dənizi siləndə Giləvarın yaylığı Yenə dindi təkliyimin Yorğun söz azadlığı... Sən bəlkə də sevinərdin Baxıb dənizə sarı. Axı yuxuna girməzdi Rus çarının tankları... Bilirsənmi, vaxt dəyişib, Məcnun fit çalır tində. Özbəklər xələt paylayır Sənin yubileyində... Bilirsənmi, artıq kəsib Ümid keçən yolları Tikilməmiş türmələrin Hörülməmiş hasarı... Gecə yarı, ay sapsarı, Nə yapışmışam səndən? Yəhərlənməmiş dünyanın Yıxılıram belindən...
Sayfa 53·Kitabı okudu
Füzuliyə
Öldün, o zamandan keçdi dörd yüz il, Yanır qəlbimizdə sənət çırağın. Dörd min il keçsə də saralan deyil,
Sayfa 75 - “Şəbi-hicran”·Kitabı okudu
Məhəmməd Füzuliyə təxmis
Klassik şərq ədəbiyyatın sütunlarından olan Şeyx Məhəmməd Füzulinin fəlsəfə, irfandan bəhs ən məşhur şeirlərindən birinə yazdığım Təxmis P.S. Füzuli ilindən
Şiir
Puan vermedi·384 syf.··
2023 28. kitabı
·
1 saatte okudu
·
Okunma: 04 Mart 2023 00:00
Hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciə ərəb və fars ədəbiyyatları ilə yanaşı türk ədəbiyyatında da məqtəllər üçün dəyişməz mövzu olmuşdur. Dahi Füzulinin "Hədiqətüs-süəda”sı da ("Xoşbəxtlər bağçası") qanın qılınca qalib gəldiyi bu tarixi hadisə ilə bağlı yazılmışdır. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmiş əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h.954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur. Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda”nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur. Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir. Həmin əqidə və məslək döyüşü ona görə yaşarıdır ki, əsasında mənəvi paklıq, ruhi müqəddəslik, insani gözəllik və əzəmət var.
Əsərləri - VI CildFuzuli · Şərq-Qərb Nəşriyyatı · 20056 okunma
Alimlik qadınlara da aiddir. Bakı Universitetindəki professorların arasında Azərbaycanlı qadın professorları da vardır. Ədəbiyyatda, teatrda, musiqidə böyuk bir irəliləyiş müşahidə edilir. Elmi araşdırmalar sahəsində də bə'zi irəliləyişlər qeyd olunur. Bakıda Nizamiyə, Füzuliyə, Mirzə Fətəli Axundzadəyə və Ələkbər Sabirə heykəllər ucaldılmışdır. Onların əsərləri yenidən çap edilmiş, külliyyatları nəşr olunmuşdur. Adlarına muzeylər, məktəblər, kitabxanalar açılmışdır. Dünya ədəbiyyatı örnəklərindən tərcümələr var. Şərq və Qərb klassiklərindən bir qisminin əsərləri Azərbaycan dilinə çevrilmişdir.
Çağdaş Azərbaycan tarixi·Kitabı okudu
Alıntı