Fvİ
9/10
·112 syf.··
Beğendi
·
2024 1. kitabı
Bu kitap ah ah öncelikle biraz daha uzun olabilirdi bilmiyorum çok tekrarlanmış şey var amaaaa filmini de izlemiş biri olarak süper bir yapıt yani bu kitap= ben anlıyor musunuz filmi biraz daha kaliteli olabilirdi sadece ama ona rağmen kitabı yeterince yansıtmıştı fikrimce o son…. Ya gidin okuyun işte yeteri kadar övdüm sövmem imkansız zaten
Edebiyat
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,7bin okunma
7/10
·313 syf.··
2022 50. kitabı
·
8 günde okudu
·
Okunma: 22 Kasım 2022 00:00
Məsudə Cabbar... böyük məyusluqla başladığım yazıçı. Kitabı sadəcə tövsiyə üzrə oxumaq istəmişdim, hətta müəllifin digər əsərlərini də böyük sevinclə alıb toplamışam. Sevərək başlaya bilmədim, hətta kitabı bir ara yarıda saxladım. Bəlkə də bu bir növ mentalitet cəhətdən məndə formalaşmış önyargı idi. Amma yaxşı ki, ikinci dəfə kitabı əlimə almağı bacardım. Fərqli həyat hekayəsi idi mənim üçün. İlk başda bəyənmədiyim kitabı adının mənasında yatan incəlikləri oxudugum zaman daha yaxşı anladım... "Xoşbəxtliyə çatanda əldə qalanlar"- "Xoşbəxtlik deyə xəyal etdikləri o xülyaya çatsalar əllərində heç nəyin qalmadığını anlayacaqlarını və bunun üçün heç vaxt bir-birlərini bağışlamayacaqlarını dəqiq bilirdi..." Kahira-fərqli həyat tərzi, yaşamı, düşüncələri, mentalları olan gənc bir qızdır. Daim azadlıqdan bəhs edən Kahira bir şeyi dərk etmir. "Coğrafiya kaderdir" misali... Digər ailəsinin seçimi üzrə qurban olmuş baş obraz Anar barədə sadəcə bir cümlə deyə bilərəm. Hansı ki, ümumən əsər barədə sona kimi üzərində dayandığım cümlədir. Altını çizərək deyirəm, heç bir halda xəyanətin əfvi yoxdur.
Edebiyat
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018263 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Həyat özü həmişə dözümlülərin yükünü artırır.
10/10
·185 syf.··
Beğendi
·
2022 12. kitabı
·
6 saatte okudu
·
Okunma: 25 Mart 2022 19:38
Son illərdə Azərbaycan ədəbiyyatından hansısa kitabı əlimə alıb oxumadığımın fərqinə vardım. Halbuki orta məktəbdə oxuyarkən Əli Kərim, Rəsul Rza, İlyas Əfəndiyev və başqalarının əsərlərini necə həvəslə oxuduğumu xatırlayıram. Elə isə indi niyə oxumayım? İlk öncə İlyas Əfəndiyev haqqında qeyd edim ki, Azərbaycan ədəbiyyatında heç bir dramaturqun İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi olmayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilmişdir. Təsadüfi deyil ki, Söyüdlü arxın baş qəhrəmanı olan Nuriyyə də teatr üçün oyunlar yazan, musiqilər ifa edən gənc artistdir. Söyüdlü arx romanını çox qarışıq duyğularla oxudum. Bəzi sətirlərində qəhqəhə atıb güldüm, bəzi sətirlərində gözüm yaşla doldu, bəzi sətirlərində isə əsəbləşdim Nuriyyə’yə. Onun bu qədər yaxşı olmasına, insanlara həddindən çox mərhəmətlə, qayğıyla yanaşmasına, özündən çox sevdiyini düşünməsinə… O bu qədər hər kəsin dərdinə yanarkən, acısına dərman olarkən heç kimin ona çarə olmamasına əsəbləşdim… Çünki sənin bir çox davranışında özümü görürdüm. Niyə arzularımıza çata bilmirik Nuriyyə? Niyə hər xoş dəqiqənin bir sonu olur!? Bəzən elə anlar olur ki, dünyanın bütün dərd qəmini unudub yaşam eşqi ilə yanır ürəyimiz. O an güllər bir başqa gözəl görünür gözümüzə, quşların səsi daha həzin səslənir, günəşin şüaları nur çiləyir yer üzünə… O anda donub qalmaq, ömrümüzü həmin dəqiqələrə sığdırmaq istəyirik. Necə ki, Nuriyyə Muradı ilk görəndə sanki yeni bir həyata göz açırmışcasına sevinmişdi, gözlərində gələcəyini görmüşdü: -Biz heç vaxt bir-birimizdən ayrılmayacağıq… Elə deyilmi? +Vaxta ki, sən deyirsən, demək, elədir. Amma dediyimiz kimi olmur, verilən sözlər tutulmur, bəzi səhvlərin əfvi, yolların dönüşü olmur. Və bəzi yaraların
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,308 okunma