“..əgər başqaları axmaqdırsa, mən də əgər onların axmaq olduqlarını dəqiq bilirəmsə, bəs onda niyə onlardan ağıllı olmaq istəmirəm? Sonya, sonra bildim ki, əgər durub hamının ağıllı olacağını gözləsəm, bu, çox uzun çəkəcək… Sonra bir məsələni də anladım: bildim ki, bu, heç vaxt olmayacaq, insanlar dəyişməyəcək, heç kəs də onları dəyişə bilməyəcək, bunun üçün də heç zəhmət çəkmək lazım deyil! Bəli, bu belədir!.. Bu onların qanunudur… qanunudur, Sonya! Bu belədir! Sonya, indi mən bir məsələni bilirəm: kim ki ağıl və ruh sarıdan möhkəmdir, qüvvətlidir – insanların da hökmdarı o olur! Kim ki çox cəsarət göstərir, insanlar içində o haqlı olur! Kim ki ən mühüm şeyə tüpürə bilir, insanların qanunverəni o olur! Kim ki hamıdan çox cəsarət göstərir, o hamıdan çox haqlı olur! Bu vaxta qədər belə olub, həmişə də belə olacaq! Ancaq korlar bunu görmürlər!”