Ruhunu çörək puluna satan hər insan kimi yavaş-yavaş alışıblar, get-gedə bir makinaya çeviriliblər. Bizi onlardan iyrəndirən şey daha çox insanın belə bir makinaya çevrilməsidir. Şüşə saray - Səbahəddin Əli
Mən belə düşünürəm ki, insanların ən böyük problemi, öz dərinliklərinə gedə bilməmələri,bundan qorxmalarıdır İnsanın özünə qarşı olan səmimiyyəti çox dəyərli bir şeydir, bunun üçün sadəcə cəsarətli olmağımız kifayətdir.
İnsan ve Duygular
Etimoloji Defteri
Mücellit Nedir ?
İnsanlar etməli olduqları hərəkəti belə, sanki böyük bir lütf edirmiş kimi təqdim edirlər. Normallığın qəhrəmanlığa çevrildiyi yerdə, artıq həqiqi fədakarlıqdan söhbət gedə bilməz. biz artıq yaxşılıq etmirik, sadəcə insan olmağın borcunu çox baha satırıq.
Duygu ve Düşünce
Qazandıqca əksildin, ya əksildikcə qazandın?
İllər ötür, insan çox şeyi unudur, bir o qədər çox şeyi də unuda bilmir. Hansı ki bir vaxtlar həyatının ən xoşbəxt anı imiş kimi hiss etdirən günlər, indi heç nə hiss etdirmir. Dərd edib düşündüyü məsələləri heç anımsamır belə. Xatirələr sanki gündən-günə uzaqlaşır. Ya da sən uzaqlaşsın istəyirsən, bilmirəm. Qayğılar... Seçimlər... Seçilməyənlər... Dayanıb düşünməyə imkan yaratmır. Elə ki olub-bitəni düşünmək istədin, üzərini örtdüyün düşüncələr qarşında divar hörür. Sökməyə çalışırsan, yorulursan. Nə bir addım irəli gedə bilirsən, nə də dizlərin üstünə çökə... "Zamanla düzələr" deyirsən, axı nəyi düzəldəcək zaman? Sevdiklərin — torpağın altındakılar geri gəlməyəcək, üstündəkilər isə çox uzaqdadır. Hər şeyin üst-üstə gəldiyi anlarda insan gedənlər üçün daha çox darıxırmış. Üzünü görmək, boynunu qucaqlamaq, səsini eşidə bilmək neçə yaranın üzərini qapayırmış. Amma yoxdur. Sən yenə özün-özünə sarılacaqsan. Sən yenə heç nə olmamış kimi yoluna davam edəcəksən. Günlərlə oyanmaq istəməzkən sübh tezdən qalxmağı, nəmli gözlərini gülürmüş kimi göstərməyi, susmaq istədiyin halda danışmağı necə öyrəndin, görəsən? Öyrənmədin, məcbur qaldın.
Duygu ve Düşünce
Həsrət
Həsrət nədir bilirsənmi həsrət ruhun getmək istədiyi yerə Bədənin gedə bilməməsidir... 🤍
Duygu ve Düşünce
Get, əgər gedə bilirsənsə. Qal, əgər dözə bilirsənsə.
İllər keçdikcə qorxduğun adamlara dönmək Onlardan biri olmaq, diri olmaq deyil, bu ölmək İllər ötdükcə nifrət elədiyin şeyləri sevmək Bu divarlar möhkəm, yox kömək, yox kömək İllər keçdikcə boz kütlədə tapmağ öz yerini Onlar başqa insanlar deyil, hamısı sənnən biri Onlar da qəhramanlar deyil, səndə olar kimi Çox böyük oyunlarda kiçiy insanlarıq biz bil.
Müzik