Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Genişlənən kainat
Nyuton və digərləri sabit kainatın qərarlı olmayacağını başa düşməli idilər, çünki sabit kainatda bütün ulduzların və qalaktikaların bir-birini cəzb etdiyi qravitasiya gücünü balanslaşdıracaq, cazibə qüvvəsinə əks istiqamətdə heç bir itələmə qüvvəsi yoxdur. Buna görə də, hətta kainat nə vaxtsa sabit olmuş olsa belə, daim sabit qala bilməzdi, çünki bütün ulduzların və qalaktikaların qarşılıqlı cazibə qüvvəsi çox keçmədən kainatın büzüşməsinə səbəb olacaqdı.
"Sonsuzuncu dəfə" novellamdan alıntılar.
Yaşadığım müddətdə illərlə eyni tərzdə paltarlar geyinmiş, eyni eynəyi taxmışdım. Görünür bu dünyəvi şeylər artıq mənim ruhumun bir parçasına çevrilmişdilər. Mən bu paltosuz, bu eynəksiz və hətta bu qara, laklı tuflilərsiz tam olaraq mən sayılmazdım. İntihara meylli birinə çevrilmişdim. Bu intihar meyli mənim həyatımı tamamilə durğun bir