Söz nə ucsuz bucaqsız derya imiş əvvəli də yox sonu da. Allah kimi əzəli və əbədi. Söz çox şeyi süslər. Təbieti süsler , gözəlin hüsnünü süsler, igid adına yarşıq olar . Amma ən gözəl söz sevgi adına yazılan olar. Mən də bütün sevənlər adına and yeri yazmaq istədim. Sevdiyimi sözlərim ilə süslemek istedim.
Sevgi , sevgi sen ki etdin meni dəli , sənə həsrət aşiq. Yaşam nədir bilmez idim saldın ruhuma bir can indi yaşam onu yaşatmaq...
Sevgi , sevgi bilirdin sevirəm nəğmələri indi etdin tək mahnıya vurğun ... Adı olmuş onun səsi. Şirin şəkər sevdiyimin qoynu olmuş bu mekansiz ruhuma ev . Bu ev ne ev cənnət bağı ,saray , gülüstani diyar. Sevgi , sevgi o yox iken yanımda sən onlu etdin məni. Yemək nədir o ac isə zəhər mənə tək bir loxma. Yuxu nədi ölüm mənə o yuxuya uzaqiken zaten onsuz yatmaq özü qəbir evi , zindan mənə. O gulmezse küser bextim, keçməz vaxtım, ağlar könlüm.
Sevgi , sevgi sən etmisən möhtac məni. Tək bir sözə möhtac qoydun heyatımı. Həm yaşamım həm sevincim qərar qıldın tək sevirəm kəlməsinə. Sevgi , sevgi getme menden tut əlimdən barmaqlarım yazsın ona dastan , roman , şeir , qezel. Qoy o bilsin bu biçarə qəlbdən xəbər.