Bir körpə əl idim, uzandım sənə,
Sən kəsib onları kənara atdın.
Döyünən ürək idim, hey atdım sənə,
Sən o atışları susqun buraxdın.
Sanma sevilərsən bu cürə bir də.
Inan hara getsən, divar görərsən.
Sən körpə qəlbimi qırdın nə cür də,
Sən də qırılacaqsan elə o cür də.
Baxma güldüyümə, əyləndiyimə.
Çəkdiyim içdədir, gizlinim, sirrim.
Sinəmdə döyünən sınıq parçalar,
Ölümdən betərdi, ölüm deyil ki.
Daha sərtləşmişəm, qabuğum bərkdi.
Həyatın mənası bərkliyindəymiş.
Bir vaxt tez incinən, zərif bir çiçək
Zamanla tikanlı kaktus olarmış.
Qırılan inamdı, sarsılan güvən,
Bir də geri gəlməz o xoşbəxt sənəm.
Atası buraxan o körpə əlləri,
Inanma, başqası tutacaq deyil...
Mən həyata indi atılmamışam.
Çoxdan ayaqların yeriyir bu yolda.
Indi arxama baxanda ancaq
Gördüm tək-tənhayam, yanımda heç kəs...
~M.Hacızadə🦋