10/10
·128 syf.··
2024 23. kitabı
·
8 günde okudu
·
Okunma: 15 Ekim 2024 23:44
Həyatı sorğulamaq, dünyada niyə var olduğumuzu araşdırmaq, həyatın mənasını axtarmaq hər birimizi müəyyən müddət narahat edən məsələlər olub. Kimi bu sullara səthi yanaşır, kimi dərinə edir. Bir reallıq var ki, nə qədər dərinə getsən, öyrəndiklərin çox olur və hər adı fikri qəbul etmək istəmirsən. Verilən cavablar səni qane etmir və həyatın mənasını axtararkən onun mənasız olduğu fikri səni ağuşuna alır. Kitabda sırf bu mərhələləri keçən, intihar həddinə çatan, sonda yenidən inanca qayıdan bir insanın etiraflarını oxuyuruq. İnanca qayıtmaqla yanaşı, yenə də inancın mövhumatını, ağlın qəbul etmədiyi tərəfləri sorğulayan birindən gedir söhbət. Bu insan elə müəllifin özü Tolstoydan başqası deyil. Bunu kitabın ön sözündən oxuyub bilmək olar. Həmçinin, kitabı oxuduqca, yazıçının hər detalı belə dəqiqliklə təhlil etməsi də bütün prosesləri birbaşa özünün yaşamasına işarədir. Kitabda müxtəlif şəxslərdən sitatlar gətirərək öz ruh halını onlarla müqayisə edir, həyatdakı məna axtarışı səfərini oxucu ölə bölüşür müəllif. Nəşriyyata gəldikdə, "Parlaq imzalar"ın işi həmişəki kimi gözəldir. Nəşr, tərtibat, tərcümə - hər şey qaydasında idi. Təkcə, redaktədə 2 kiçik səhv gördüm, onları da nəşriyyata yazacam.
EtirafLev Tolstoy · Parlaq İmzalar · 202429,3bin okunma
İllüziyalı Reallıq
10/10
·372 syf.··
Beğendi
·
2022 1. kitabı
·
32 günde okudu
·
Okunma: 02 Eylül 2022 00:00
(Qeyd: Spoyler!) “Kitab yazmaq ikinci dərəcəli işdir. Mən faşizmə qarşı vuruşmağa gəlmişəm!” deyən yazıçının “1984” romanı (370 səhifə) amerikan dərgisi olan “Newsweek”in 2010-cı ildəki “Dünyanın on ən mühüm kitabı” siyahısında “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutmuşdur. Totalitarizmə hüdudsuz nifrətdən yoğrulmuş bu əsər əsl qiyam şərqisidir. Üç hissədən ibarət olan romanın birinci hissəsində yeni dünya nizamı, o nizama şüurlu bir şüursuzluqla boyun əymiş Uinston Smit və onun çirkab dolu həyatıyla rastlaşırıq. Yeni dünya nizamı belə qurulmuşdur: tək planet, tək planetin üç hakim dövləti olan Okeaniya, Avrasiya və İstasiya (Şərqi Asiya). Kitabda Avrasiya və İstasiyaya haqlı səbəbdən ötrü geniş yer verilməyib. Hadisələr büsbütün Okeaniyada, İngiltərə - Londonda cərəyan edir. Burada sistem necədirsə, digər iki imperialist ölkədəki “vəziyyət də buna bənzəyir” yox, birbaşa bununla ekvivalentlik təşkil edir. Amerika və İngiltərəni özündə birləşdirən Okeaniya istibdad ölkəsinin sistemində üç təbəqə mövcuddur: Xarici Partiya, Daxili Partiya və Partiya üçün “fəqir həqirlər” sayılan proletariat. Piramidal strukturun başında virtual lider “Böyük Qardaş” dayanır, hansı ki, o, iqtidar partiya “İngsos”un yaradıcısıdır (düzdü, Böyük Qardaşın təbiricə desək, İngsos yaradılmayıb, o həmişə var olub). Sonra əhalinin iki faizini təşkil edən ali təbəqə gəlir: Xarici Partiyanın üzvləri - dövlətin varlı və inzibatçı nümayəndələri. Onlarda həmişə ən yaxşı məişət, ən yaxşı geyim, yemək, xırdavat olur. Lakin buna baxmayaraq, onlar da daim nəzarət altında saxlanılır. Ümumiyyətlə, partiya üzvləri hər zaman (24 saat), hər yerdə teleekranlar tərəfindən izlənilir. Günümüzün kameralarının sənə, mənə göz qoyduğu kimi. Sadəcə kameralardan fərqli olaraq, teleekranlar səni izləməklə
Edebiyat
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023200,1bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Tanrı Yanılgısı
Puan vermedi·480 syf.··
2023 5. kitabı
İlk öncə kitab haqqında öz fikrimi bildirəcəm. Richard Dawkins dünyanın ən güclü ateistidir. Yazdığı bu kitabda texnologiyalardan, dini kitablardan, müharibələrdən, ilahiyyatçılardan, din müharibələrindən, darvin nəzəriyyəsinindən nyuton qanunu, kvant fizikasından istifadə edərək dinləri yalanlayıb. Məsələn bir uşaq düşünün bu uşaq doğulur ailə tərəfindən ona bir din aşılanır fərqi yoxdur islam xristian və ya iudaizm. Bu uşaq böyüdükcə bu dinin təsiri altında qalır. Valideynlərinin təzyiqi ilə bu dinə itaət edir və onda bir qorxu yaranır. Bu uşaq böyüdükcə ateist olmağa qərar verir. Çünki onun hansısa bir dinə itaət etməyində onun öz qərarı olmayıb. Bu valideynlərinin təzyiqi ilə baş verib. Bununlada uşaq artıq böyüdükcə öz düşüncə qabiliyyətini itirir və başqa dini qəbul etmiş insanlara bir cinayətkar yada bir kafir kimi baxır. Onları öldürmək istəyir. Richard Dawkinsdə dinin uşaqlarda şiddət psixologiyasını yaratdığını cəmiyyətə təbliğ edir. Fransada karikaturaçılar məhəməd peyğəmbərin karikaturalarını çəkib yayınlayan kimi bu zaman bütün müsəlman ölkələri pakistan, türkiyə, əfqanıstan kimi cihadçı ölkələr fransız millətini və karikaturaçıları öldürməklə tənqid etdi. İş ora qədər gəlib çatmışdır ki müsəlman ölkələri fransaya qarşı müharibə elan etsin. Bütün müsəlman ölkələrində cihad elanı verildi. Amerika xristian ölkəsiydi. Öz əsgərlərini Iraq müharibəsinə xristianlıq elanı altında göndərdi. Hansı ki papazlar amerika əsgərlərinə əgər sən iraqa getsən bu zaman tanrı səni cənnətə qəbul edəcək. Halbuki iraq müharibəsində döyüşən amerikalıların çoxu kriket oynayan vətəndaşlar idi. Richard Dawkins bunuda dinin müharibələrin əsas səbəbi kimi olduğunu açıqlayır. Kitabda albert eynşteyndən də bəhs edir. Albert eynşteyn deist olub yəni gördüyü dünyaya gördüyü şeylərə
Bilim-Kurgu
Tanrı YanılgısıRichard Dawkins · Kuzey Yayınları · 20204,110 okunma
Kim ki, əmin-amanlıq axtarır, o hər şeyi itirir...
10/10
·568 syf.··
2023 71. kitabı
Bu romanla Heminquey oxucuya onu aşılayıb, inandırır ki, pislik uzun müddət davam edə bilməz, əvvəl-axır faşizm üçün də əcəl zəngi çalınacaq. Bundan başqa əsərin finalında həm də ölümün hər şeyə son qoyması təəssüratı yaranır. Yəni, insan bütün çabalarına rəğmən sonda gec-tez əcəl zənginin vahiməli əks- sədasını duyur. Heminquey yaradıcılığını çox sevirəm. Sevməyimin səbəbi isə bütün əsərlərində özünəməxsus yazıçı dili və eyni zamanda realist olmasıdır. Romanda məni ən çox təsirləndirən Robeort Cordanın Mariyanı ölümdən çəkindirmək istərkən söylədiyi sözlər oldu... " İndi sən burdan gedəcəksən, dovşancığım. Amma mən də səninlə gedəcəm. Nə qədər ki, birimiz yaşayırıq, o vaxtacan hər ikimiz yaşayacağıq. Əgər sən getsən, deməli, mən də gedəcəm. Bəyəm sən bilmirsən ki, belədir? Birimiz olan yerdə ikimiz də varıq. Axı sən ağıllı qızsan, yaxşı qızsan. Sən hər ikimizin yerinə gedəcəksən, həm öz yerinə, həm də mənim yerimə. Sən axı indi həm də mənsən... İndi sən tez və sakitcə çox-çox uzaqlara çıxıb gedəcəksən və bizim hər ikimizi özünlə aparacaqsan... İndi sən həm də mənsən... Məndən nə qalacaqsa, o sənsən... Qalx...” Heminquey'in bütün əsərlərində olduğu kimi bu əsəridə oxucu da "heç də müəllifin xəyal məhsulu deyil də, sanki real bir həyat hekayəsidir," kimi fikirlər formalaşdırmağa imkan verir. Romanda amerikalı, cavan ispan dili müəllimi, Robert Cordanın İspaniya da vətəndaş müharibəsində partizan dəstələrinə köməyindən danışılır. Düzdür, Robert 'in xarakteri haqqında mənfi və ya müsbət fikirlər eşitmişəm, lakin onu da qeyd edim ki, bu fikirlərin çoxu müsbət yönümlüdür və mən də Robert ilə "tanış olduqdan" sonra doğrudan da tərifə layiq obraz olduğunu düşündüm. Hətta, düşünürəm ki, bir kişidə olması gərəkən xüsusiyyətlər məhz Robert də birləşmişdi. Robertin,
Əcəl ZəngiErnest Hemingway · Qanun Nəşriyyat · 201414,5bin okunma
7/10
·586 syf.··
2021 18. kitabı
·
23 saatte okudu
·
Okunma: 30 Temmuz 2021 14:35
Bununla Qaraqanı tamam bitirmiş oluram. Çox yerdə Qaraqanın yazılarının plagiat adlandırıldığının şahidi olmuşam. Və bu kitabı oxuyandan sonra razılaşdım, amma başqalarının yox, öz kitablarının plagiatı. Çünki ikinci addımla demək olar ki, eyni sütuna malik idi. Lakin kitabların xronologiyasına baxdıqdan sonra hər şey aydınlaşdı. Birinci bu kitab, ondan sonra trilogiya yazılıb. Və anladım ki, bu kitabın qadağa olunması təsadüfi deyil. Cümlələrin və mövzunun ağırlığı bir oxucunu çətin hala sala bilərdi. Hətta ard arda alıntılar paylaşarkən bir anda anladım ki, hələ hamı buna hazır deyil. Daha öncədən də dediyim kimi bunları oxumaq üçün gərək bütün bildiklərini cibinə qoyub boş bir qədəhlə başlayasan. Kor koranə hamıya Qaraqan oxuyun deməyimin mənasız olduğunu anladım və geri çəkirəm. Bu kitabda da deyildiyi kimi "əgər kimsə yalanları ilə xoşbəxt yaşamaq istəyirsə oxumasın." İndi bunu oxuyan şəxs, həyatın, həqiqətin, inandıqların səni xoşbəxt edirsə bu yazardan uzaq dur. Etmirsə qoşul bizə. Təbii ki, bu düşüncələri qadağan kitabda qalmasına razı ola bilmir ardınca birinci addımdan yüngül giriş edib, daha doğrusu öncə oxucunu buna hazırlaşdırıb ikinci addımı yazır və o kitabda da eyni şeyləri daha səliqəli, uşağa başa salarmışcasına yox, daha qeyri-kobud və hörmətli şəkildə qələmə alır. + yersiz sevgi hekayəsi qatmır. Buna görə əgər ikinci addımı oxumusansa şeytanın kitabını oxumaya bilərsən. Çox xoşbəxt hiss elədim ki, birinci ikinci addımı oxumuşam çünki bu kitabla başlamış olsaydım indi hansı boşluğun hansı hissəsində olacağımı təsəvvür belə edə bilməzdim. İnceleme bu qədər. İstəyirəm son olaraq bir təşəkkür hissəsi ayırım yazara. Çünki minlərlə azərbaycanlı gəncin (eyni həyata, eyni taleyə məxsus fərqli şəxslərin) dəyişimində və inkişafında başdan ayağa kimi
Şeytanın KitabıQaraqan · 2020686 okunma