Bu adam məni, qəlbində xeyirxah duyğulardan, insanlara sevgidən və gözəl arzulardan başqa heç nə olmayan bir gənc qızı öz qəddar şantajı ilə dəyişib pozğunun, qatilin birinə çevirmişdi.
Ey Allah'ın kulları! Ölüm, bir yaz gününün masum ve diri sıcaklığını karanlıkla dolduran bir gece değildir. Önce uyarır, sonra da bir gűn alır götürür...
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Dantenin Beatriçedə, Abelyarin Eloizada, Romeonun Cülyettada gördüklərini o, xəyalpərəst bir gənc qızda da görə bilər və onlar kimi taleyin qurbanı ola bilərdi.
Şöhrət xülyası! Bütün xülyalardan ən aldadıcısı olan bu xülya nə kimi yüksək fikirlər, nəşə yaradan hərəkətlər və qızğın səylər doğurur! Hansı bəşər ürəyi bu bataqlıq odunun aldadıcı işığı ilə cəzb olunmur?! Lakin gözəllik və bahar tonqallarının ətrini saçmaqla bu xülya gənc ürəklərdə xüsusi parlaqlıqla yanır. Çünki həyatın bu dövründə böyük adamların dünyaya saldığı kölgələr, gözəl, cazibədar xülyalar, sabit həqiqət kimi görünür. Bu dövrdə şöhrətin ayrılmaz yoldaşları olan rahatlıq, rifah, şirin xəyallar arzusunda olduğumuz zəfər şəfəqləri bizə mümkün bir şey kimi görünür.
Şöhrət gözəlliklə və səhər şəfəqinin təravəti ilə nəfəs alır. Şöhrət - bu həm gül ətri, həm zərif parçaların yumşaqlığı, həm gəncliyin incə qızartısıdır. Oh! Biz bu şöhrəti saçlarımıza dən düşən, üzümüz mübarizələrin izi olan qırışıqlarla örtülən, uzun illərin gərginliyi, ümidsizliyi və kədərindən gözlərimiz torlaşan zaman deyil, şöhrət üçün şirin-şirin xəyala daldığımız zaman əldə etsəydik! Həyatın ilk çağında, alqışlar və təbriklər içərisində yeridiyimiz zamanda, məhəbbət gənc ikən, inamlı ikən dünyanı fəth edə bilsəydik. Hələ cavan və sağlam ikən özünü gənc duymaq və bəşəri məhəbbət hiss etmək - bu nə gözəl xəyaldır!
Səmada yüngül, tünd-qırmızı rəngə boyanmış bulud, sular aynasında oyanan ay, gözəl, yarımçıq qalmış yuxunun xatirəsi - gənclikdə, ancaq gənclikdə şöhrət bu deməkdir.
“Varvara Andreyevna, mən hələ çox gənc olan vaxtlarda sevəcəyim və arvadım adlandırmaqla xoşbəxt olacağım bir qadının idealını xəyalımda yaratmışdım. Mən uzun illər yaşadıqdan sonra axtardığım o qadına ilk dəfə olaraq sizin simanızda rast gəldim. Mən sizi sevirəm və əlimi sizə təklif edirəm”.