Gönderi

Deyilənə görə, Allah insanı yaradandan sonra qısa bir zamanda insan onun qanunlarını pozdu. Bunu görən Allah mələkləri yanına çağırıb dedi: Deyəsən, mən insanları yaratmaqda səhv etmişəm.Onlar hər dəfə mənim sözümü yerə salıb öz bildiklərini eləyəcəklər. Mən onların yanında rahat ola bilməyəcəm. Deyin görüm insanlardan uzaq olmaq üçün mən harada gizlənim? Mələklərdən biri dedi: - Qalx ən uca dağın başına. Allah bildirdi ki, insanlar çox tez bir zamanda bütün dağlara qalxacaqlar. Başqa bir mələk dedi: - Onda ən dərin sulara en. Allah dedi: - Yox, insanlar tezliklə oralara da çatacaqlar. Bunu görən Şeytan dedi: - Ən yaxşısı insanların ürəyində gizlən. İnsanlar tezlikə ürəklərini unudacaqlar.
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.