Gönderi

424 syf.
9/10 puan verdi
·
39 günde okudu
Kitabda hadisələr 18-ci əsrin İngiltərəsində cərəyan edir. Orta təbəqəli bir ailənin xanımı 5 qızını (Jane, Elizabet, Mary, Kitty, Lidia) varlı insanlarla evləndirmək istəyir ki, yaşadıqları əraziyə yaxın olan bir malikanəyə köçən yeni insanları bunun üçün əla namizəd hesab edir )). Hadisələr bundan sonra başlayır. Kitabın adı mövzuya tam uyğundur "Aşk ve Gurur" və ya "Gurur ve Önyargı". Kitab olduqca oxunaqlıdir, lakin yarısına qədər hadisələr o qədər bəsit və həyəcansız keçir ki kitabı yarıda saxlamaq istəyə bilərsiz. Lakin əsas hadisələr kitabın 2-ci yarısında baş verir deyə bilərəm. Hətta belə bir kitabın sonlarına yaxın qəhqəhə ata biləcəyimi belə düşünməzdim :D. Həyatımda ilk dəfədir sıxılaraq, darıxaraq, əsəbləşərək oxumağa davam etdiyim kitabın sonlarına yaxınlaşdıqca, ağzım qulaqlarımda oxumağa davam etdiyimi xatırlamıram. Ən sevdiyim obraz Elizabet və Darcy oldu ( nə təsadüf :D). Etiraf edim ki Darcy obrazını sonlara yaxın sevməyə başladım, ama Elizabeti ailəsində ağlı başında olan 2-3 nəfərdən biri olduğu üçün sevdim. Anaları xanım Bennett üçün heç də yaxşı şeylər söyləyə bilməyəcəm, qızlarını evlendirməkdən başqa bir şey fikirləşməyən, danışığına diqqət etməyən (hələ ki çox vaxt böyük 2 qızını çox pis vəziyyətdə qoyduğunu qeyd etməliyik), və kiçik 2 qızını düzgün tərbiyə edə bilməyən bir obraz kimi görürəm. Həyat yoldaşı cənab Bennet isə xanımının hərəkətlərinə o qədər öyrəşib ki onu ələ salaraq zarafat edir, bundan başqa səhv hərəkətinə fikir vermədim. Böyük qızları Jane olduqca mülayim, heç kim haqqında pis fikirləşməyən bir obraz idi. Elizabet də Jane qədər gözəl ailənin 2ci qızıdır, lakin onun kimi saf bir obraz deyil, çünki hər şeyə fikir verən biri idi və sözün düzünü deməyə çəkinməyən biridi. Marry isə digər 4 bacısı qədər gözəl olmadığının fərqində olduğu üçün özünü kitab oxumaqla, piano çalmaqla məşğul edir. Lakin yığıncaqlarda diqqəti cəlb etmək istədiyi zaman özünü "küçük düşürür". Kitty və Lidia isə ağlı bir qarış havalarda olan ailənin kiçik qızlarıdır, bunları yaşları ilə əlaqələndirmək olar, lakin ailələri tərəfindən düzgün tərbiyə olunmadıqları üçün Lidianın sonu o qədər də yaxşı olmur. Əsərdə favori obrazlarım Elizabet, Jane, Darcy, Bingley və Gardiner ailəsi oldu. Nifrət etdiyim obrazlar isə COLLİNS, LİDİA, xanım Bennett, və Wickham idi. Elizabetin yaxın rəfiqəsi Charlotte-ni isə bir məqama görə çox qınadım, kitabı oxuduğunuz zaman özünüz görəcəksiz. Ümumilikdə götürsək kitabda dialoqların sayı çox olduğuna və yazılma tərzi aydın olduğuna görə oxunaqlı kitab idi. Bir çox hissi özündə birləşdirir. Həmin dövrün reallıqlarının əks olunması bir ayrı gözəl məqam idi. Bəlkə də bu vaxta qədər sevdiyim "ən" kitablarımdan deyildi, ama oxuyaraq nəsə itirdiyimi düşünmürəm, əksinə bir sıra dərslər belə çıxardığımı deyə bilərəm. Qaldı ki bu kitabı 2ci dəfə oxuyaram ya yox? Niyədə olmasın inanıram ki növbəti illərdə yenidən oxumaq istəyə biləcəyim bir kitabdır. Oxuyacaq olanlara indidən xoş oxumalar. P.s Obrazların adlarını səhv yazmış ola bilərəm, üzrlü sayın)
Gurur ve Önyargı
Gurur ve ÖnyargıJane Austen · Türkiye İş Bankası Kültür Yayınları · 202376,9bin okunma
·
59 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.