Gönderi

224 syf.
·
Puan vermedi
·
Beğendi
·
26 saatte okudu
Yerli yazarların kitablarını oxumaq təbiiki vacibdir, həm mentalitetimizi öyrənirik, həm də Azərbaycan dilində bilmədiyimiz, unutduğumuz sözləri öyrənir, şəxsi lüğətimizi və danışıq qabiliyyətimizi zənginləşdiririk. Varis Yolçuyevdən bir çox kitab oxuyub sevmişəm, bu kitab isə müxtəlif dövrlərdə sevib, ailələrinin razılığını ala bilməyib ayrılan gənclərdən bəhs olunsa da, əsas diqqət Ayla ilə İsmayılın üzərindədir. Varlı ailədən olan Ayla, imkanı Ayladan aşağı olan şair İsmayılı sevir. Kitab demək olar ki, valideynlər üçün yazılıb. Sevginin günah olmadığını, sevənlərin qovuşmalı olduğunu yazıçı diqqət mərkəsizinə çatdırmaq istəsə də, hər bir birimiz bilirik ki, 10 valideyndən 1 dənəsi kitab oxuyur. Kitab demək olar ki, bu fikir üzərində qurulub"Valideynlər, əgər sevənlərin qovuşmağına icazə verməsəniz sevgiləri uğrunda ölümə gedərlər".Kitabları ancaq gənclər oxuduğu üçün, bu kitabın gənclərə,əsasən də yeniyetmələrə mənfi örnək olduğunu deyə bilərəm. Yeniyetmə sevginin nə olduğunu da bilmir təbiiki. Yeniyetmələrin oxumasının məsləhət olmadığını, ağlı başında, yetkin gənclərin oxumağının məsləhət olduğu bir kitab. Sevgiyə görə ölümə gedərəm yox, mübarizə apararam. Sevgi öldürməz yaşadar, dağıdıb məhv etməz, yenidən qurub gözəlləşdirirər.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018321 okunma
·
206 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.