Gönderi

Təsəvvür edin ki, bir siyasətçi tribuna arxasında dayanıb, özünə inamlı halda danışır, gənclərə səmimi, açıq münasibətindən bəhs edir. Amma bu adamın əlləri qoynunda gizlənib (müdafiə), başı isə aşağı əyilib (neqativ/düş­mən), siz ona inanırsızmı? Bəs o sizi öz səmimiliyinə, qayğıkeşliyinə inandırmaq üçün tribunaya sərt bir karate zərbəsi endirsə necə? Ziqmund Freyd deyirdi ki, bir dəfə yanına gənc bir qız gəlir, nikaha girdiyi üçün çox xoşbəxt olduğunu deyir, amma danışanda nişan üzüyünü oynadaraq gah çıxa­rır, gah da barmağına salırmış. Freyd qızın bu şüuraltı hərəkətinin mənasını bilirmiş və həmin qızın sonrakı problemləri onu heç təəccübləndirmir.
·
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.