Gönderi

Ən çox sevdiklərimdən...
Bu həsrətə yad deyiləm, utanma az olmuyub küçələrdə yatdığım. Gedən getsin sən yerində dik dayan... ümid et ki, bumeranqdı budəfəki atdığın. Gözlərini qaçırtma gəl, rahat danış mənimlə mən də billəm, unudulmaz bəzi noxudu gülüşlər qəm eləmə, necə deyim, bir də ki... bir də olur bahar kimi üç fəsillik gedişlər. Boş dayanma, bir səbəb bul arxasınca getməyə mən də bunu, inanmazsan, yeni-yeni bilmişəm; De ki, salam, qayıdıram indicə de ki, səndə gözüm qalıb, götürməyə gəlmişəm. Toxuduğu yarım qalan corabları xatırlat indi yəqin darıxıbdır millər üçün əlləri Bir də danış həsrətinnən küncü qırıq aynanın birdə güllər işə yarar, hər gün-hər gün su verdiyi gülləri. De ki, bizim dəli Solmaz dünyasını dəyişdi çox sevərdi rəhmətliyi, dözməyəcək, dönəcək De ki, vətən şəhid verib, müharibə başlayıb öfkə, qürur qalmayacaq, hamısı birdən dinəcək. Axı sənsiz üşüyəcək vətən kimi sevdiyin heç olmasa qələm götür bir namə yaz, bəlkə də... Zərrəbinlə seç sözləri amma ki, “Qayıt” demə, qayıt desən gəlməyəcək, ölsə də.
İlqar Kamil
İlqar Kamil
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.