Gönderi

516 syf.
4/10 puan verdi
Uzunmüddətli fasilədən sonra bədii ədəbiyyat oxumağa bu əsərlə başladım və iradəmi toplayaraq bu əsəri sona çatdırmağımda bu faktorun rolu böyük idi. Ümumi qiymətləndirməni və təhlilləri nəzərə alsaq, əsər olduqca bəyənilib. Amma giriş cümləmdən və qiymətləndirmə balımdan məndə yaratdığı təəsürat bəllidir, yəqin ki. Bismillah; Müsbət nüansları qeyd edim: 1) Əsərin bədiiliyi çox yüksəkdir. Müəllifin həqiqətən də çox geniş söz bazası var və bu əsəri oxuyan hər oxucunun diqqətini cəlb edəcək səviyyədədir. Düşünün ki, bir əsərin 3/4-ü bədii təsvir vasitəsidir və təkrarlanan sözlər arasında səhifə sayı çox böyükdür. 2) Bir ara ciddi olaraq əsəri buraxmağı düşündüm, amma sonuna gözucu baxmadan edəmədim. Məgərsə, sonluğu yanlış anlamışam və əsəri bitirdikdə gözlədiyimdən tamamilə fərqli olması novella təsiri yaratdı məndə. - Ta da! Şişirtdiyimi varsaymasaq, tək maraqlı hissəsi bu oldu. Ciddi dərəcədə mənfi nüanslar: 1) Süjet xətti çox yavaş irəliləyir; İlbiz sürəti ilə. 2) Olmuş hadisələr sonradan nəql edilir. "Bunda nə problem var ki?" söyləyə bilərsiniz. Amma ilk mənfi nüansı göz önündə tutsanız, anlayarsınız. Spoiler vermədən nümunə verim (müəllif əsərdə həmişə spoiler verir): "6 il boyunca birgə məktəbə getdik və özəl heç nə olmadı." Və bölümə eynilə bu tiptə giriş etdikdən sonra sıxıcı 6 ili nəql edir. Bədii cümlələr, bədii cümlələr və bədii cümlələr. Hadisə gedişatı yoxdur...🥲 3) Əlavə obrazlar üçün ayrı başlığın olması və haqlarında gərəksiz məlumatlar əsəri lap cansıxıcı edir. Arada 25-30 səhifə buraxsanız, nəsə itirməzsiniz (yoxlanılıb). İndi əsərdəki ictimai-kultural vəziyyəti dəyərləndirim: İl bilmirəm neçə, unutdum.. Ortalıq həyat yoldaşlarını, nişanlılarını aldadan ərlər, sevgililər və buna səssiz qalan partnyorlarla doludur. Lakin yeni nəsil cavanlarında fərqlilik var. O möhtəşəm sloqanik düşüncə; Modernlik, inkişaf=azad cinsi münasibət. Yəqin edirsiniz ki, qızların payı oğlanlarınkı kimi geniş olmur. Bəkarət tabusuna qarşı çıxan varlı ailələrin cəsur qızları bunu yalnız güvəndikləri, evlənəcəklərinə əmin olduğu oğlanlarla edirlər. Bəzən isə işlər ümid edildiyi kimi irəliləmir.. Fikrimcə, müəllif yeni nəslin qərbə can atışını, düşüncələrini çox gözəl təsvir edib. Tanış bir mənzərə: Avropa xalqlarının görüşlərinə yaxın olduğun qədər dəyərli və cool'san. Romanı oxuduqda ən əsəbləşdiyim hissələr qadınların aldadılmaya qarşı susğunluğu idi. Və bəyəndiyiniz bu gözəl sevgi hekayəsinin təməli də "aldadılma" üzrədir. Maraqlıdır, hadisələri Sibelin dilindən dinləsəniz Füsun və Kamalın eşqi gözünüzdə hansı pillədə olardı? Öz sevgisinə görə ayrı bir qadının aldadılmasına razı olan (Füsun və Kamalın ilk yaxınlaşmaları cinsi bərabərlik olur, sevgi sonra tumurcuqlanır) və sonra da "Bəs mən nə olacağam?" deyən Füsuna qarşı mövqeyiniz nə olardı? Az daha unudurdum. Əsər boyu Füsunun xarakter təsvirindən daha çox bədən təsvirləri ilə qarşılaşacaqsınız.
Masumiyet Müzesi
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202241,9bin okunma
·
199 görüntüleme
Tinuviel okurunun profil resmi
Ya axırda tam da həmişə ağlımda olan bir şeyə toxunmusan ; Xəyanətkar obrazı ucaltmaq. İlahi, bu nədir axı ? Heç qəbullanmayacağım, əfv etməyəcəyim bir şey. Hadi deyək ki, əsərdə / serialda baş rol bu ikinci qadındır, hər şeyi onun gözü ilə görürük deyə empatiya qura bilirik. Bəs ilk qadına - xəyanət edilən və ya bildiyin qıraraq tərk edilən sevgiliyə niyə qəzəb, hətta nifrət bəsləyirik ? Onun sonrakı mənfi davranışlarına görə söyürük, ölsün istəyirik. Niyə ? Mən intiqam kafasında birisi deyiləm elə də, amma çox oxucu, çox izləyici qat-qat artığını edər / deyərdi. Bilmirəm, mənə ikiüzlülük kimi gəlir.😕
Nərmin Həsənzadə okurunun profil resmi
Düşüncələrimi yazıya tökmüsən. İncələməmdə bunu ətraflı yazacaqdım, amma klaviatura yaxşı işləmirdi deyə qısa kəsdim. Orhan Pamuk hər hadisəyə elə məsumluq çaları qatır ki. İnan, oxucunun empatiya hissindən sui-istifadə ilə "Bir pedofilinin gözünden hayat" əsəri yazsa, baş obrazın hərəkətləri mühakiməyə açıq olmaz. Hər hadisəyə yaşayanın psixoloji, nəfsi istəyi ilə baxdıqda, baş verənlərin digər insanlara təsiri gözdən qaçır. Həyat oxucunun nəzərində baş obraz mərkəzli olur. Qısası, yersiz empatiya doğru və yanlışı ortadan qaldırır.
2 sonraki yanıtı göster
Tinuviel okurunun profil resmi
Yazı tərzin səliqəli, şişirtmələrdən uzaq, sakin və nə demək istədiyini bilən şəkildə olur həmişə. Sevirəm bunu. Əlinə sağlıq☆
Nərmin Həsənzadə okurunun profil resmi
Təşəkkür edirəm, Tinuviel 🤩 Hələ indi sonlandırdım rəyimi. Klaviatura problem yaradırdı. Sonunu da oxu🤓❤
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.