Gönderi

408 syf.
8/10 puan verdi
·
4 günde okudu
Emily Brontë 1818.ildə Yorkshire; Thornton'da kasıb bir ailənin 5. övladı olaraq doğulur. Bacıları Charlotte və Anne'lə birlikdə dəvamlı oxumaq və öyrənmək həvəsində olurlar. 1846. İldə 3 Brontë bacıları bir şeir kitabı çıxarırlar. Lakin kitabda adlarını həmin Viktoriya dövründə qadınlara qarşı göstərilən sərhədləmələr səbəbi ilə, kişi adı olaraqda istifadə edilən: "Currer"; "Ellis"; və "Acton" Bell kimi qeyd edirlər. Dövründə, əsərlərində yer verdikləri nüanslar səbəbi ilə bir çox feministlərə İlham qaynağı olan Brontë bacıların kitabları hal hazırda da feminist kitablar arasında öz yerini qoruyur. Emily həyatının çox hissəsini evdə xəyallar quraraq keçirir. Və çox təəssüfki 1848.ildə hələ 30 yaşındaykən vərəmdən vəfat edir. Həyatını yaşamaq və böyük təcrübələr əldə etmək şansı olmamış, hətta bəzi qaynaqlara görə eşqi belə dada bilməmişdir. Təcrübəsinin bu qədər az olmasına baxmayaraq ilk və tək; şahəsəri olan "Uğultulu Tepeler" ardında qalan, ədəbiyyata qazandırdığı böyük bir inci olub deyə bilərik. Bu kimi səbəblərdən dolayı oxuyucularında həm böyük təəccüb həm də heyrət yaratmışdır. Özəlliklə sevgidən xəbəri olmayaraq yazdığı sarsılmaz sevgi/nifrət hekayəsi. Mr. Earnshaw bir gün iş səyahətindən gəldikdə, Uğultulu Tepeler'e yanında balaca kimsəsiz bir oğlan uşağı gətirir. Adı Heathcliff olan bu uşaq, evin digər sakinləri tərəfindən heç də xoş qarşılanmır. Zamanla Catherine Earnshaw'la aralarında böyük bir bağ yaranır. Ama Təpələrdən aşağıdakı malikanənin sahibləri Lintonların oğlu Edgar ilə Catherine arasında yaşanan bəzi məsələlərdən sonra, uşaqlıqdan bəri alçaldılıb, əzilən Heathcliff'in qəlbinə atılan nifrət toxumları sözün əsl mənasında boy atmağa başlayır. Biz kitabda Heathcliff'in böyüyüb gəldiyi vəziyyətə necə düşdüyü ilə yanaşı, Earnshaw və Linton ailələri arasında nəsillərcə dəvam edən mülk və sevgi mübarizəsini oxuyuruq. Bu qədər saf nifrət arasında sevgi ? Heathcliff obrazı illərdir pisliyin simvolu kimi ədəbiyyatda özünə yer tapıb. Lakin onun həyatının və sonunun bu qədər pisliklə dolu olmasına baxmayaraq sahib olduğu tək müsbətlik Catherine idi. Ən doğru şəkildə ifadə etsək "İkisinində sahib olduqları ən yaxşı şey bir-birlərinə olan sevgiləri idi." Bu qədər uc nöqtədə olan sevgi ilə nifrət kimi zidd hissləri yan-yana oxuyuruq. Xatırlamaqda fayda var; "nifrət sevginin yolunu itirmiş halıdır." (Və ya sevgisizliyin.) "Uğultulu Tepeler" kitabına iyul ayında başlamışdım. Lakin yanlış zamanlama səbəbilə kitab əlimdə həftələrcə süründü, getdiyim hər yerə özümlə apardım mənlə birlikdə rayon rayon gəzdi ama bitmədiki bitmədi 170 səhifə oxuyub yarımçıq qoydum. Avqustun 29u bir cəsarət yığıb ən başdan oxumağa başladım və 3 günə bitdi. Buna görədə sizə tövsiyyəm odur ki, kitabı oxumaq istəsəniz, rahat və başınızın qarışıq olmadığı bir vaxtda oxuyasız. Üslub baxımından biraz yorucu idi; bunun tamamilə yazarın ilk kitabı olduğundan qaynaqlandığını düşünürəm. Kitabda bəzi yerlərdə qopmalar, sual işarələri olur, lakin bu gedişata və oxuma zövqünə mənfi təsir etmir. Bunun xaricində məni narahat edən bir şey olmadı. Doğru zamanda oxusanız həyatınıza çox şey qatabiləcək dəyərdə olan bir əsərdir. Qısaca; mənfiliyin, pisliyin, nifrətin ölümün, həsrətin, sevginin, kədərin bol olduğu bir kitab oxuyucularını gözləyir. Hər kəsə xoş mütaliələr. Oxur qalın!
Uğultulu Tepeler
Uğultulu TepelerEmily Brontë · Can Yayınları · 202142,7bin okunma
·
139 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.