Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

180 syf.
·
Puan vermedi
·
28 saatte okudu
Xoşbəxtliyi hamı sevir, sən bədbəxtliyini sevə bilərsənmi?
Dörd divar fəlsəfəsinin görkəmli filosofları-- yalnızlığı, ümidsizliyi, inamsızlığı, çıxmazlığı hər zərrəsi ilə yaşayıb, hiss edən sizlər, başı həyat, sonu ölüm olan körpünün ortasında ilişib qalan, atdığı hər addımda büdrəyib yıxılmaqdan qorxan, xoşbəxtliyi ən uzaq bir xəyal kimi görən, gündüzlərini "yaşamağa" məcbur keçirib, gecələri ruhunu əsir alan tənhalığı ilə üzləşən, düşünən, düşünən, düşünən... İçində bir-birinə küskün olan tərəflərini heç vaxt barışdıra bilməyən, yastığı göz yaşlarına dəsmal olan, metroda, parkda, avtobusda təsadüfən rastlaşdığı insanlara baxışları ilə yalvarıb:   "Bax mən buradayam , mənim üzümdəki saxta təbəssümə aldanma, inan mənə, o təbəssümün altında nə qədər əziyyət, göz yaşı, yalnızlıq gizlənib, mən o təbəssümün altında gizlənməyə məcburam, yalvarıram sənə, məni o saxta təbəssümlə qiymətləndirmə, mənə kömək et" deməyə çalışan, qarşılığında gözlərinin içinə iki saniyə belə baxmaqdan aciz olan insanların etinasız göz süzdürmələri ilə qarşılaşan sizlər... Yazdıqlarımı tək sözlə ifadə etməli olsam, yəqin ki, bu, "BURUKLUK" olardı. Bəzi kitablar var ki, biz onları doğru zamanda oxumuruq, yanlış zamanda oxuduğumuz belə kitablar bizə "vaxt itkisi" kimi görünür. Emil Michel Cioran fəlsəfəsi ilə gec tanış oldum, amma yaxşı ki, belə oldu. Əgər bu kitabı bir neçə il öncə oxusaydım, mənim üçün bu qədər dəyərli olmazdı. Qısacası, "Burukluk" kitabı doğru zamanda oxuduğum doğru kitab oldu. Kitabları başa düşməkdən çox hiss etməyə üstünlük verən biri olduğum üçün, Cioran'ın bütün o "qarmaqarışıq" sözlərini qəlbimlə hiss edib, ağlımla dərk etməyə çalışdım. Cioran mənim bir çox şeyin fərqinə varmağıma kömək etdi: •Ümidsizliyimizin, yalnızlığımızın yaranmasında bir çox insanın əməyi olduğu danılmazdır, amma bizim rolumuzun az olmadığı da bir həqiqətdir. Vacib olan isə, bizə məxsus olanı sevməkdir, bu yalnızlığımız olsa belə. Yəni: "Derin" olmak kolaydır: kendimizi kusurlarımızın içinde boğulmaya bırakalım yeter. • İntihar heç vaxt problemlərin həll yolu ola bilməz. Cioran'ın bu pessimist fəlsəfəsində intihara  "ümidsizcəsinə" qarşı olmasına heyran qaldım. "İntihara meyilli olmak, yasalara saygılı pısırık katillere mahsustur, öldürmekten korktuklarından, kendilerini yok etmeyi düşlerler, cezalandırılmayacaklarından emin olarak..." • Nifrət duyğuların ən güclüsüdür. Fərqindəyəm, bu çox klişə bir sözdür. Amma bir o qədər də doğrudur. Bir insana nifrət edərək fərqində olmadan o insanla aramızda çox güclü bir bağ yaradırıq. Sevgidən belə güclü olan bu bağ, sevginin əksinə, bizə daha çox ziyan edir. "İnsanlara duyduğum nefretin azaldığına, dehşete düşmüş bir halde şahit oluyorum; beni onlarla birleştiren son bağın gevşemesine..." Yazacaqlarım bu qədər, əgər öz yalnızlığınızı, ümidsizliyinizi sevmək istəyirsinizsə, bu kitabı oxuyun. Xoş mütaliələr!
Burukluk
BuruklukEmil Michel Cioran · Metis Yayıncılık · 20212,650 okunma
··
3.928 görüntüleme
Sənan Ali okurunun profil resmi
İncələmən sadəcə möhtəşəmdir. Kitabı oxumağa vaxtımın olmamağına heyifslənirəm.
Tinuviel okurunun profil resmi
Həqiqətən də, bəzi kitabların, bəzi filmlərin öz yaşı, öz aurası, öz ruh halı var. Yanlış dönəmdə oxumaqla onları məhv edirik... Buralarda bizimkilərdən inceleme yazanlar az olur, amma sanki səmimiyyəti türklərinkindən çox daha güclü olur. Fikirlərinizi oxumaq xoş oldu. Fəlsəfəyə bir az soyuq olsam da, bu əsərə şans verəcəm. Əlinizə sağlıq✨
Yüksel Yüksel okurunun profil resmi
Gönlünüz akmış.. teşekkürler..
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.