Gönderi

156 syf.
·
Puan vermedi
Dənizini itirən dənizçi... "Bilirəm, artıq yuvam dənizdir mənim" - deyən dənizçi öz dənizini itirərsə, nə olar? Dənizi olmayan dənizçi təsəvvür eləmək bir az qəribə, bir az da məntiqdən uzaqdır, deyəsən. Bu məsələyə bir daha qayıdacağam... Mişimanın "Dənizini itirən dənizçi" əsərini bitirəndə, doğrusu, qəti bir fikirlə "bəyəndim" və ya "bəyənmədim" deyə bilmirdim. Əsəri oxuduqca "hansı düşüncə ilə bu əsəri yazmaq olar?" sualı çox fikrimdən keçdi. Hətta yazıçının xəstə ruhunun nişanələri əsərdə həddindən artıq çoxdur. Yəni bu əsəri yazmaq üçün necə bir düşüncəyə malik olmaq lazımdır ki?! Əsərdə həmin xəstə ruhlu yazıçın xəstə ruhlu oxucusunun bəyəndiyi məqamlar da çox oldu. Mişimanın qələminin kəskinliyini bəyənirəm, əslində bu kəskinlik düşüncələrindən gəlir. İnsanda necə bir milli ruh, milli sədaqət hissləri olar ki?! Mişimanın "Vətənpərvərlik" hekayəsini oxuyanlar nə demək istədiyimi daha yaxşı başa düşər. Lazım gəlsə öz əqidəsi, şərəfi üçün ölümə gedən, "xarakiri" edən obrazlar yaradan, hətta bunu özü də edən yazıçı bu əsərdə bu düşüncələr üçün başqalarının həyatını da əlindən ala bilmək haqqını tanıyır və bunu edir. Təbii ki, əsərdə bəyənmədiyim məqamlardan biri övladın öz anasının yataq otağını gizli şəkildə izləməsi idi. Amma bunu yeniyetmə bir uşaq edirdi. Bəkə də, öz həyatında yaşadığı hadisələrdən qaynaqlanaraq öz uşaqlıq və yeniyetməlik illərini unutmayan Mişima həmin uşaqların psixologiyasını çox gözəl şəkildə əsərdə yansıtmışdı. Söhbət sadəcə əqidə birliklərindən deyil, həm də bir insan olaraq keçirdiyi hisslərdən gedir. Məsələn, sadəcə aralarında problem olanda bunu etməsi, sonra qəsdən yaxalanmaq istəyi və.s. Digər bəyənmədiyim məqam isə bir heyvanın (pişiyin) elə vəhşicəsinə öldürülməsi idi. Əsərdə çox gözəl şəkildə əks olunub əslində bunlar əsəri daha cəlbedici edir. Sonra fikirləşirəm ki, "bir uşaqın oxuyaraq bunları etmək istəməsi, cəhd etməsi" fikrim tamamilə absurddur. Çünki əsərlərdə yazıçılar yaxşı və pisi eyni anda göstərirlər, qalan iş oxucuya qalıb. Oxucu həmin əsərlərdən yaxşını və gözəli də əxz edə bilər, etməlidir. Bir ümid... Əsərdə ataların müxtəlif tipləri təsvir olunub, lakin əlahəzrətlərimiz bunlardan heç birini bəyənmir. Ataları həqiqətləri gizləyən bir maşın kimi təsəvvür edir. Bəlkə, Ryuji bizim təsəvvürümüzdə yaxşı bir ata modeli olmağa layiq idi. Lakin Naboru və Şefin, qruplarının istədiyi bu deyil. Ümumiyyətlə, əsər sadə məişət mövzu ilə bağlı deyil. Hətta adi zamanda Ryujinin bir qadına bağlanması, atalıq hissləri çox bəyəniləcək bir şeylərdir. Lakin yeniyetmələr ətrafdakı insanlara öz prizmalarından baxırlar. Möhkəm bağlı olduqları bir əqidələri var və bunun uğrunda cinayət də işləyirlər. Mənim fikrimcə, əsərin adı ilə əsərdə göstərilən ənənəvi yapon mədəniyyətindən uzaqlaşmaqla bağlı bir bağlılıq var. Mütləq ki, elə olmalıdır. Fusakonun iş yeri, evi və s. Qərbin modern təsirinin altındadır. Hətta sonradan Ryujinin geyimi. Naboru bütün bunları ikrahla izləyir. Və bu ikrahı oxucu olaraq mən hiss etdim. Bəlkə də, yazıçı öz xalqına demək istəyir ki, dənizini itirən dənizçilər ölümə məhkumdur. Naborunun arzusunda öz arzunu bildirib həmin dənizçinin bir gün dənizə geri dönməyini arzulayır. Sonda isə çarə olaraq Şefin dili ilə sadəcə bir yolla Ryujini (xalqı) dənizə geri göndərə biləcəklərini deyir. Məncə, əslində bunu bütün xalqlara şamil etmək olar. Bir xalq öz milli köklərindən uzaqlaşdıqca özünə yadlaşır. Həmin xalq məhvə məhkumdur. Digər tərəfdən yanaşsam isə hər bir xalq digər xalqlardan nələrsə götürürsə, məncə, bu əxz etmə şəklində, təbii olaraq olmalıdır. Başqa xalqlardan nəyisə kopyalamaq yerinə yaxşını, gözəli öz cəmiyyətimizə uyğunlaşdırmalıyıq. Xalqlar inkişaf etdikcə bu qaçınılmazdır. Bunu doğru şəkildə etsək, bizə və ya digər xalqara sadəcə fayda verər. Əks halda isə "Dənizini itirən dənizçi" dən fərqimiz olmaz. "Daldığı düşten ayılmadan, ılık çayı başına dikti. Çay buruktu. Bilirsiniz, buruk olur tadı yüceliğin." Son olaraq əsərin dilinə toxunum ki, türk dilidə tərcüməsini oxudum. Və tərcüməni çox bəyəndim. Əsəri bir şeir dadı ilə oxudum.
Denizi Yitiren Denizci
Denizi Yitiren DenizciYukio Mişima · Can Yayınları · 20132,633 okunma
·
273 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.