Gönderi

3/10 puan verdi
Teoman
Yaradıcı insanlara ayrı bir heyranlığım var. Onların ruhuna, baxış pəncərələrinə, məncə, onlar toxunaraq yaşayırlar həyatlarını. Hər bir duyğunu anlayaraq, hiss edərək elə olmasa necə bu qədər içimizə nüfuz edə bilərlər ki. Zaman-zaman biz ola bilərlər. Uşaqlığından 50 yaşına kimi olan bütün yaşamını Teoman səmimi şəkildə yazıb. Bəzi yerlərdə etirafları, xəyalları, peşmanlıqları və özü ilə daima savaşlarını görürük. Uşaq yaşlarında atasını itirir. Bu da onun bir fərd kimi böyüməsində təsir edir. Anası ilə münasibəti, ona olan bağlılığı oxuduqca kitabla bağ qurmaq imkanımız olur. "Anlayacağımdan deyil, atamı tanımaq üçün ondan qalan kitablarını oxuyurdum. Uşaq idim .." Uşaqlıqdan müxtəlif romanlar oxuyaraq böyüyür. Qəhrəman olmaq istəyir. Ən çox kitabda pul ilə bağlı məsələlərə toxunur haqlı tərəfləri də var. Vecsiz, az şeylər diqqətini çəkən, yaxşı biridir özlüyündə, ancaq bunla mübarizə aparan daha doğrusu həyata ayaq uydura bilməyə çalışan, xəyalpərəst, anlıq münasibətlər insanı; Teoman. Eyni zamanda duyğusal. Bəzi etiraflarında qorxularını açığa verir: ölümlə bağlı, yox olmaqla bağlı ətrafındakı doğma bildiyi çox adamı uşaq yaşlarından itirə-itirə böyüyən Teo bağlılıq, sevgi ən çox da ona olan ümidləri doğrulda bilməyəcəyindən qorxur. Sanki bir də mən sevdası var və bu bəzən küstahlıq kimi qarşılanır və düzgün anlaşılmır Teoman. "Mənə dəhşətli təzyiqlər var, məni sevənlərin istədiklərini etməyə çalışıram, amma mənim istədiklərim?" Evlənir, ancaq mahnılarında yazdığı kimidir tam nə əksik, nə artıq. Musiqini bir ara atır. Çünki bütün hissləri dibə qədər yaşayır, depressiv biridir. Yalnızlığı sevən və bolca kitab oxuyan. Oxuduqca hər kəs əslində necə bir-birinə bənzədiyini görür. Bəlkə də Teomanın tək davası heçkimə bənzəməməkdir, qalıblaşmamaq. "Xəyallarımdakı qəhrəmanlarla yarışdım, bu dünyaya enmədim belə."
Fasa Fiso
Fasa FisoTeoman · Hep Kitap · 20181,677 okunma
·
1.631 görüntüleme
Cərulla Heydər okurunun profil resmi
Əla incələmə idi. Sevərək dinlədiyim biridi. Fikirlərimizin bir çoxu üst-üstə düşür. Bu kitabı mənə verərsən? Bax hamının yanında soruşuram?😂
Turanə okurunun profil resmi
Təşəkkür edirəm. Hə anımsadır. nçnç😂😂
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.