Gönderi

Müəllim deyir: -Dəyişiklik məqamının yetişdiyini hiss eləyib bütün həyati uğursuzluqlarımız və səhvlərimiz əks olunmuş lenti ağına-bozuna baxmadan, həyəcan içində fırladırıq. Əlbəttə ki, nə qədər yaşlanırıqsa, onların siyahısı o qədər uzun olur. Amma bununla yanaşı, qazandığımız təcrübə bizə həmin səhvlərin öhdəsindən gəlməyə, nəticələrini aradan qaldırmağa, yenidən irəliyə doğru getməyə şərait yaradan yola çıxmağa imkan verir. Bu kaseti də təxəyyülümüzdəki videomaqintofona qoymaq lazımdır. Əgər yalnız uğursuzluqlarımızdan və səhvlərimizdən ibarət olan lentə baxsaq, mövcud ruhi vəziyyətimizdə donub qalarıq.Əgər yalnız çoxcəhətli təcrübəmizin əks olunduğu lentə baxsaq, axırda özümüzə əslində olduğumuzdan müdrik görünəcəyik. Mütləq hər iki lentə baxmaq lazımdır.
·
130 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.