Gönderi

Ən çox sevdiklərimdən...
Gözəlliyin donu haqqında Bir gün Xacə (Nəsirəddin Tusi) öz şagirdi ilə səfərə çıxıbmış. Axşam düşür, naəlac, çadırlarını qurub, səhrada gecələməli olurlar. Gecənin tən yarısı Xacə yuxudan ayılıb, şagirdini dirsəkləyir: oğlum, qalx gör nə görürsən? Diksinir şagird, yarı yuxulu, gözlərini ova-ova göyü vəsf etməyə başlayır: İlahi, ustad, necədə ulduzlu səmadır, (əsnəyir) necədə aydın görünür ulduzlar; ustad, mən səmada ulduzların xüsusi nizamla düzülüşünü görürəm... bəs siz, bəs siz nə görürsüz? Xacə gülümsünür: başımızın üstünün çadırını oğurlayıblar, oğlum, ona görə ulduzları görürsən! Hə, yazırlar, belə bir tarixi hadisə olubmuş, bəs görəsən, o gün Xacə şagirdini bu cavaba görə qınamışdı? Məncə, yox, və məncə, hətta təqdir də etmişdi; nədən ki, elm, tərəqqi, əbədiyyət adamı üçün uzaqlara boylana bilmək vacib bacarıqdır; o, indi ayağına dolaşanlara ilişməməli, başını dik tutmalı, gözünün önündəkiləri deyil, arxa planda, o yanda, uzaqlarda olanları görə bilməlidir. Onu tikandan-xardan mühafizəçi də qoruya bilər, o, mütləq daha uzaqlara, daha çox uzaqlara boylanmalıdır. Ayağınıza tikan batırsa, demək axtardığınız qızıl gülün yaxınlığındasınız - bunu isə Rumi deyirdi: gülü tapmaq deyil hünər, onu qabaqcadan fərq etməkdir, ətrindən, hətta tikanından. Yəni qovuşmaq sevginin ən ibtidai halıdır, məsələ gəlməyəni gözləməkdir. Bunlar hamısı aydın, amma "mən gözəllikdən başqa bir şey görmədim"- deyən bir xanım da var axı: Zeynəb, Yezidin sarayında, qanlı-qadalı Kərbəla hadisəsindən azacıq sonra, əsirkən, susuzkən, qolu bağlı halda... bu ifadə bir öztəsəlliydimi? Yoxsa acıq idi? Bəlkə qürur idi? Xeyr!!! Gerçəyin lap özüydü! Sadəcə xanım o sözü deyəndə, və bəlkə hətta bütün Aşura boyu uzaqlara, çox uzaqlara (ta bu günə qədər) baxmışdı. Aşuranın hədəfi, mesajı, sabahı... yəni gələcəyi gözəl idi - xanım təlli-Zeynəbiyyədən tez-tez boylandığı səmalarda məhz bunu görmüşdü, odur ki, bütün qətiyyəyi və bütün səmimiyyətiylə demişdi tarixi sözünü: Mən Aşurada gözəllikdən başqa bir şey görmədim! Biz də baxa bilsək... uzaqlara! Bəlkə də 15 il qabaq belə bir hədis düşündürmüşdü məni. İmam Sadiq asta-asta buyururdu ki, biz əhli-beyt səbirliyik, amma davamçılarımız bizdən daha səbirlidirlər; nədən ki, biz günahın gerçək mahiyyətinin fərqindəyik, onlarsa fərqində olmaya-olmaya, (sadəcə ilahi əmr olduğu üçün) səbr edirlər. Hədisdə gizli bir motivasiya var, haqlısınız, sanki imam demək istəyir ki, siz də gülü ətrindən və tikanından fərq etməyi bacarmalısız, siz də öyrənməlisiz uzaqlara boylanmağı, onda imtina etdikləriniz gözünüzə böyük görünməyəcək və sizi incidən şeylər də, təbii. Necə ki, biz əhli-beytə rahatdır günahdan çəkinmək, onda sizə də rahat olacaqdır yaşamaq... Belə, əzizim, yazını bitirib eyvana çıxdım indicə, əvvəl pəncərəyə baxdım - ləkəliydi, sonra göyə - ulduzluydu və... aylı! Uzaqlar həmişə əsrarəngizdir...
İlqar Kamil
İlqar Kamil
·
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.