Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

159 syf.
9/10 puan verdi
·
4 günde okudu
İnsan Cinsəlliyinin Təkamülü
Jared Diamond'dan oxuduğum ilk kitab. Yazıçının kitablarını zatən oxuyacaqdım, amma xüsusilə, bu kitabının adı çox diqqətimi cəlb etmişdi. Ümumiyyətlə, cinsəllik mövzusu demək olar ki, hər kəsin diqqətini cəlb edir. “
Seks Neden Keyiflidir?
Seks Neden Keyiflidir?
” - yazıçı kitabın adına uyğun olaraq cavabı Ön Söz'də yazıb: “Bu kitabı okuduğunuzda, cinsel ilişkiden zevk almanızı sağlayacak yeni pozisyonlar öğrenmeyeceksiniz. Kitap, âdet sancılarından ya da menopozun yarattığı sıkıntılardan kurtulmanızı da sağlamayacak. Eşinizin başka bir ilişkisi olduğunu öğrenmenin, ikinizden olmuş çocuğunuzu ya da çocuk yüzünden sizi ihmal etmesinin yarattığı acıyı gidermeyecek.” Yəni kitab seksin niyə keyifli olduğu ilə bağlı deyil, digər heyvan növləri ilə müqayisə olunaraq insan cinsəlliyinin təkamülü barədə məlumat verir. Ancaq kitabın adının niyə belə olduğunu anlamadım (İngiliscə də “
Why Is Sex Fun?
Why Is Sex Fun?
” belədir) , yəqin ki, diqqət məqsədilə edilmiş bir şeydir. Bu kitabın Pegasus Yayınları'nda “
İnsan Cinselliğinin Evrimi
İnsan Cinselliğinin Evrimi
” adı ilə yayımlanması daha doğru bir seçim olub, amma yenə də orijinal ad deyil. Kitabda isə cinsiyyətlər savaşı, qadınlarda menopoz'un niyə olması, kişilərdə niyə laktasiya (süd salgılama) prosesinin olmaması, və s. kimi məsələlər digər heyvan növləri ilə bənzərlik və fərqlilik xüsusiyyətləri nəzərə alınmaqla müqayisə olunmuşdur. Bu zaman tam doğru cavablar əldə edilməsə də, nisbətən yaxın bir sıra nəzəriyyələr formalaşmışdır. Eyni zamanda kitabın anlaşılır dildə yazılması da, kitabı rahatlıqla oxumağımıza şərait yaradır, yəni əlavə anatomik və fizioloji bilgilərə ehtiyac olmur.
Seks Neden Keyiflidir?
Seks Neden Keyiflidir?Jared Diamond · Varlık Yayınları · 2016726 okunma
·
1.093 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.