Gönderi

Bakı milyonçuları lovğalıqla Kursk şəhərindən ildə 20.000 manat maaşla Rayevi bələdiyyə rəisliyinə dəvət etmişdilər. Şəhərə lazım olan bütün mayətac və avadanlığı Kursk zavodlarına sifariş verirdi.Dumanın iclasında Bakıdakı ictimai ayaqyollarında aftafa qoymağı qərara aldıqda kimə və hara sifariş verməyi müzakirə edəndə bələdiyyə üzvlərindən Kərbəla İsrafil Hacıyev söz alıb deyir ki,《Cənab Rayev,aftafaları,yaxşı olardı,Kursk zavoduna sifariş verəsiniz.Bir də,4 aydır müsəlmanların Şeyxulislamı vəfat edib,yeri boşdur,mümkünsə,Kurskdan bir Şeyxulislam da gətizdirəsiz...》
·
48 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.