Gönderi

318 syf.
7/10 puan verdi
·
11 günde okudu
Bir az spoiler var :)
“Semerkant, Dünya'nın ezelden beri Güneş' e çevirdiği en güzel yüz.” 1072-ci ildə Ömər Xəyyamın Səmərqənddəki həyatı və yaradıcılığı ilə başlayıb,1912-ci ildə,Ömərin ölümündən yüzlərlə il sonra Atlantik okeanında Titaniklə bitən tarixi roman-Səmərqənd.Ömərin rübaiyyatı ətrafında dönən 2 müxtəlif hekayə,müxtəlif insanlar və müxtəlif həyatlar.Kitab dörd hissədən ibarətdir.İlk iki hissədə Ömər Xəyyamın gəncliyinə, sevgi,dostluq münasibətlərinə,eyni zamanda əlyazma rübaiyyatın hekayəsinə yer verilir.Bu hissədə əsas Cihanla olan eşq macərası və evliliyi,həmçinin Ömər Xəyyam, Nizamülmülk və Hasan Sabbah arasındakı maraqlı dostluq(dostluq demək olar mı bilmirəm) münasibətləri təsvir olunur. “Dünyayı gözlemleyen Ömer Hayyam,o dünyayı yöneten Nizamülmülk ve aynı dünyada dehşet saçan Hasan Sabbah.” Onların hər birindən nə isə öyrənirik və personajların gözündən ətrafa baxırıq.Ömər Xəyyamın elm öyrənmə və öyrətmə eşqi,ulduzlara,səmaya,göy cisimlərinə olan marağı,həmişə haqqın tərəfində olması,Nizamülmülkün analitik zəkası və xüsusi strategiyalar ilə qurduğu planlar,Hasan Sabbahın qorxusuzluğu, vazkeçməməsi və dönməzliyi kimi mövzulara diqqət çəkilir. İlk iki hissə nə qədər tarixi roman kimi dəyərləndirilsə də,bu hissələrdə yazarın şəxsi düşüncələri ilə tarixi məlumatları inteqrasiya etdiyini düşünürəm.Amin Maaloufun türk düşmənliyi bir çox yerdə özünü göstərir.Kimlərisə narahat edəcək həddədir bəlkə də,amma nəzərə almaq lazımdır ki,tarixə müxtəlif yanaşmalar mövcuddur. Tarixi hissə nə qədər axıcı və rahat oxunaqlı idisə,əksinə üçüncü və dördüncü hissə bir o qədər yavaş irəliləyir.Bu hissələrdə Ömər Xəyyamın rübaiyyatının Benjamin adlı amerikalı gənc tərəfindən axtarışı verilir.Benjamin Omar həm rübailərin olduğu əlyazmanı,həm də onun sayəsində həyatının eşqini tapır və təəssüf ki, rübaiyyatı və Şirini eyni anda itirir. “Titanic güvertesinde Rubaiyat! Batı'nın gözbebeği Doğu'nun nadide çiçeğini taşıyor! Hayyam, bize nasip olan şu güzel anı keşke kalkıp görebilseydin!” Bu hekayənin fonunda yazar İranın yaxın keçmişinə də nəzər salır.İranın və onun əhalisinin müasirləşməyə olan meyilləri, azadlıq üçün edilən cəhdlərin uğursuz oluşu və bunun səbəblərinə baxılır. Yazardan oxuduğum ilk kitab olduğu üçün yazılış tərzi haqqında fikir bildirməməyi seçirəm.Bu kitab isə oxumağa dəyər :)
Semerkant
SemerkantAmin Maalouf · Yapı Kredi Yayınları · 202062,2bin okunma
·
370 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.