Gönderi

Güllələr adamlara sərrast dəyirdi. Güllələr elə bil öyrədilmişdi, Rusiyada, Fransada, İranda yaxşı təlim keçmişdi, ağlını əllərindən almışdılar. Elə bil güllələrə tapşırılmışdı ki, əvvəlcə əllərin nişan üzüyünü çıxarsınlar, sonra qolların istiliyini soyutsunlar, lap axırda başdan ağlı alsınlar. Güllələr özünü rahat hiss eləyirdi. İstədikləri yerə yağırdılar. Ağılları olmadığından hər yerə və hər adama satılırdılar. Güllələr igid sinəsi, igid başı gəzirdilər. Hər başa, hər sinəyə dəyməzdilər, hər yerə enməzdilər. Uşaq sinələrindən, qadın ayaqlarından ötrü ölürdülər. Hansı başda sevgi vardısa o başı tuturdu güllə. Sevgisiz başdan yan keçirdi.
·
209 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.