Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Hüseyn Cavid - QADIN Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən. Bütün həyatı çiçəkləndirən fəqət o... niçin, Niçin əzilsin o, bilməm niçin sürüklənsin?! Qadın-günəş, çocuq-ay...nuru ay günəşdən alır, Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır. Qadın əlilə fəqət bəxtiyar olur şu cihan. O bir mələk...onu təqdis edər böyük yaradan. O pək sevimli, gözəl, incə, nazlı bir xilqət, Onun ayaqları altındadır fəqət cənnət: Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
·
115 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.