Xoş oxumalar
7/10
·244 syf.··
Beğendi
·
2022 23. kitabı
·
5 günde okudu
·
Okunma: 22 Mayıs 2022 10:13
@hsynva98 @kitabstagram Sizlə kitab barədə müzakirə edə bilərik.Təbii ki,başqa oxuyan kimlər varsa. Başlıq: Atalar və Oğullar Yazar: İvan Turgenev Səhifə: 239 Janr: Klassiklər,roman Nəşr: Qanun Oxudum: 17.05/22.05.2022 Hərkəsə salam Heç uzatmadan, kitabda sevdiyim və sevmədiyim mövzulardan bəhs edəcəm.Kitabda, ataların öz oğulları ilə münasibəti,iki nəslin bir-biri ilə münaqişəsini oxuyacağımı düşünürdüm.Bu, kitabda müəyyən qədər yer də alıb.Lakin, kitabın əsas mövzusu bu deyildi.Kitabda iki yaxın dostun- Arkadi ve Bazarovun,çıxdıqları səyahətlərdə yaşadıqlarından,məhəbbətlərindən,dostluqdan,ailələrindən bəhs edir. Mənə görə əsərdə ikidən çox baş qəhrəman vardı.Mən daha çox Bazarov olan hissələri xüsusi diqqətlə oxudum.Dialoqları,bəzi hissələrdə insanlara davranışlarının kobud olduğunu düşünsəm də,əsərin digər qəhrəmanları kimi,mənim də ona qarşı "simpatiyam" yarandı.Yazar, nə istədiyini bilən və nə olur olsun yolundan dönməyən,yenilikçi,orginal xarakterə sahib bir insan fiquru yaradıb.Arkadi isə,daha çox Bazarovun fikirlərindən asılı olan,daha mülayim bir xarakterə sahibdir. Əvvəl oxudum rus yazarların əsərlərində bədbin,ruh düşkünlüyü olan insanları görmək mənə sıxıcı gəlirdi.Turgenevin bu əsərində isə belə hal olmadığını görmək sevindirici idi.Məncə,əsərdə ən az Bazarov qədər "orginal" olan şəxs Pavel Petroviç idi.Onun haqqında oxumaq əyləncəli idi. #turgenev #atalarvəoğullar #klassiklər #roman #ədəbiyyat #arkadi #bazarov #oxudumbitdi #azəricə #1000kitap
Roman
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 202455,9bin okunma
·
324 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
azerice deyil)azerbaycanca 😉
Vüsal Məmmədov
Gönderi Sahibi
Təşəkkür edirəm @Vusala121
Mən kitabı çoxdan oxumuşdum, unutmuşam bir az, amma müzakirə olsa iştirak etmək istəyərəm:)
Muzakire harda olacaq Vusal bey ?😁
Vüsal Məmmədov
Gönderi Sahibi
Qalxaq?