Gönderi

Əvvəlimi bilirsən, əzizim, yaxın gəl, sənə axırımı danışım: Səndən sonra saçının hörükləri kimi dolam-dolaşıq həyatda yaşamaq asan olmadı, olmadı başqalaşdım başqalaşdıqca məndə özümdən əsər-əlamət qalmadı, qalmadı... Ata bilmədimsə içimdən dünya məhəbbətini ilişdimsə, qaldımsa alçaldıqca alçaldımsa... Qınama məni - yenə bilmədimsə həsrətini; axı nə edəydim mən əliyalın o yaraqlı... Və uzun kipriklərindən sallanan göz yaşların kimiyəm indi bir toxunuşa bənddi düşüşüm bir hıçqırtına bağlı... Artıq sözlərim səni ağlatmırsa, səsim ürəyinə yatmırsa... ehhh... ...əlim əlinə çatmırsa nə fərqi var - sən uzaqdasan, yoxsa mən? Sən ədalət kimiydin, sevgilim axtarıb tapa bilmədiyim... Allah sevdiyi bəndəsinə çətin həyat yaşadırsa, bəndə də mısmırığını sallayıb Allahına daş atırsa bəlkə biz qarışmayaq...? Belə umu-küsülərə get-gedə alışacaqlar, alışacaqlar biz araqatanlıq etməsək, onlar barışacaqlar, barışacaqlar... Sənsə bircə bunu bil, get, ay ürəyimin dərdi: bir həsrət var, illərdi dodaqlarının küncündə gizli...
İlqar Kamil
İlqar Kamil
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.