Gönderi

128 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
~Oxumuş olduğum əsər dahi Rus yazıçısı Nikolay Qoqolun qələmindəndir. Mini klassika olmağına baxmayaraq, əsərdə vurğulanan, böyük əhəmiyyət kəsb edən, diqqət yetirilməli nüanslar çoxdur.Əsər əvvəlki dövrlərdə qələmə alınsa da, həmin dövrün insanlarının bütünlüklə xüsusiyyət və keyfiyyətlərini özündə birləşdirsə də, mən indiki dövrümüzlə müqaisədə, heç bir fərq görə bilmədim. Cahillikdisə, hal-hazırda da bu hər yerdə mövcuddur.Ədalətsizlik desək,eynilə, baxdığımız hər yerdə müşahidə etmək çox asandır. Qaldı ki, ikiüzlülüyə bu da gündəlik həyatımızda, daimi şəkildə şahidi olduğumuz bir haldır. ~Düzdü, pyes nə qədər yumor hissi ilə dolu olsa da, bu əsla bizim görməli və götürməli olduğumuz əxlaqi keyfiyyətlərin qarşısını almır. Əksinə, yazar burada yumordan ən incə tərzdə istifadə edərək, bizə əsərdə nə qədər acı və doğru həqiqətlərin olduğunu göstərməyə çalışıb. ~”Müfəttiş” əsəri insanın vicdanını, şəxsiyyətini, şərəfini sorğulayan bir əsərdir..Əsəri oxuyan zaman düşündüm ki, görəsən ədalətsizlik hər zaman öz yerin. tapa bilirmi axırda.? Amma müsbət nəticə əldə edə bilmədim deyəsən bu düşüncəmdən..məncə heç əldə də, edə bilməyəcəyəm..Qoqol əsəri əvvəlki dövrlərdə baş verən problemlərə uyğun olaraq qələmə alsa da, mən indiki zamanda bunlara təkrardan diqqət edib heç bir nəticə olmadığın görəndə məyus oldum..Bir sözlə kitab oxunmağa dəyər bir kitabdır və hətta oxunmalıdır..
Müfəttiş
MüfəttişNikolay Gogol · Qanun Nəşriyyatı · 20184,934 okunma
·
221 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.