Gönderi

276 syf.
8/10 puan verdi
·
4 günde okudu
Esuko gənc qadındır. O rəhmətlik ərindən yarımamışdır. Əri ona xəyanət edirdi. Yatalaq xəstəliyinə tutulan ərinə cani-dildən qulluq göstərən Esuko əri sağalsa yenə onu başqa qadınlara dəyişəyini yaxşı bilirdi. Esuko əri yoluxucu xəstəliklər hospitalına aparılanda ərinin sevgililərinin ziyarətə gələ bilməyəcəyinə görə xoşbəxt olmuşdu. Gənc qadın ərini böyük məhəbbətlə sevdiyindən ölməsini arzulamışdı. Esuko onun başqa qadınlarla görüşməsinə dözə bilmir. Esuko ərinin ölümündən sonra qaynatasının dəvəti ilə onun yanına, Maydenə köçüb yaşayır. Daimi süstlüyü ilə hamilə qadına oxşayan Esuko itəatkardı. Qaynatası Yakiti ilə "sevgi" yaşayır ( 18 + heç bir şey yoxdur kitabda). İlk baxışdan Esuko həyatdan əlini üzən bir kimi görünür. Amma evin xidmətçisi Saburoya qarşı məhəbbət duyur. Bu məhəbbətdən çox ümidlidir. Qarşılıqsız sevmək çox çətindir. Esuko iki dəfə qarşılıq görmədən sevir. Məhəbbət yanğısından əzab çəkən Esuko əzab vermək qərarına gəlir. Beləliklə gənc qadın dəhşətli varlığa çevrilir. Oxuyun demirəm amma oxumayında demirəm. Bir şey deyə bilərəm ki, nə  Esukonun çəkdiyi əzabları, nədə ki, bu əzabdan qaynaqlanan pis əməllərini unuda biləcəm. Qarşılıqsız sevgi, məhəbbət yanğısı insana nələr etdirərmiş!
Məhəbbət Yanğısı
Məhəbbət YanğısıYukio Mişima · Qanun Nəşriyyatı · 2016717 okunma
·
305 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.