Gönderi

152 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Şüurlu və Şüursuz
"..Aclıq, məşəqqət və xəyal qırıqlığı həyatın dəyişməz qanunlarıdır." -yazmışdı Corc Oruel "Heyvanıstan" əsərində. Bu sözlər ilk baxışdan hansısa səfil insan bədii obarızına aid olduğu kimi görünsə də mövcud sistemin qanunlarını dərk edən bir heyvan obrazına aiddir. Oruel bu alleqorik əsərində heyvanlar aləmindən istifadə edərək təkcə insan yaşamının qanunauyğunluqlarını, şüurlu şəkildə qurulan ierarxiyanı tənqid eləməklə kifayətlənmir, həm də insanlar və heyvanlar daxil bütün canlıların şüurlu və şüursuz şəkildə bu qanunauyğunluğa tabe olduğunu gözlər önünə sərir. Əsəri oxuyandan sonra düşündüm: təbiətdəki qanunlar, təbəqələşmə, güclülərin qalib gəlməsi şüursuz canlılar tərəfindən reallaşdıqda bu bizi çox da incitmir. Əks halda bir aslan şüurlu şəkildə ceyran balasını ovlamaq üçün gecə-gündüz plan hazırlasaydı biz ona şürsuz ovçu olduğu zamanlardan fərqli olaraq nifrət edərdik. Bütün canlılar şüursuz bir nöqtədən başlayaraq təkamül keçirmiş, sadəcə şüurlu və şüursuz olaraq formalaşdıqlarında heyvan və insan ikilisinə ayrılmışdır. Diqqət yetirsəniz bir insan balası şüur baxımından meymun balasından çox da fərqlənmir. Bu nöqteyi nəzərdən başlanğıcımızı əsas götürərək insanı heyvan adlandırmaq bizi incitməməlidir. Oruel "Heyvanıstan" əsəri ilə bu bucağa tərs tərəfdən atəş açır və dovşanı deyil, insanı gözündən vurur. Yəni, heyvan (eşşək, donuz, qoyun) adlandırılan insanlar yox, şüurlu insana bənzədilən heyvanlar təhqir olunmuş sayılmalıdırlar.  "Düşünürəm ki, insan şüuru təkamüldə faciəvi şəkildə irəliləyib." - True Detective serialındakı Rust xarakteri belə düşünürdü və o, çox güman ki, düşüncələrində haqlı idi. Bəs fərqinə varan insan nədən qaçmalıdır? Özündənmi, şüurdanmı yoxsa şüurlu toplumdanmı? "The Lobster" filmi eynən "Heyvanıstan" qanunları kimi şüurlu kütlənin kölələşməsindən və onların da digərlərini kölələşdirməsindən bəhs edir. Bir qrup şəxs şüurun əməyi nəticəsində yaranan kölə sistemindən canlarını qurtarıb meşədə məskunlaşırlar. Artıq heç bir sistem yoxdur, biz tamam azadıq dedikləri halda, anarxist kütləni idarə eləmək üçün də bir sistemə ehtiyac duyulur. Bununla da film, təkcə sistemi tənqid eləməklə kifayətlənmir, həmçinin sistemi tənqid eləməyin də mənasız, gülməli olduğunu deyir. Şüur absurd bir faciədir...
Hayvan Çiftliği
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2020248,9bin okunma
·
137 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.