Gönderi

533 syf.
9/10 puan verdi
Personajlar: Kinyas, Kayra Moctar, Rose, İgnace, Amonka Melina, Dieudonn, Albert Miguel da Silva Hakan Günday, Cecilia Esthelle, Samuel, Pinou Fernand, Looping Jesus, Anita Rene, Joshua, Liz Julian Khyle(Amidou Ali), Koffi Alp, Mümtaz, Cezmi Tuğba Eşâ, Cemil, Melis, Tolga, Salih, Lütfü, ana və ataları Eşâ Salih və adların unutduqlarım... Digər yeraltı yazıçıların ekzistensialist cizgilərindən ilhamlanan və bu xəttdə davam edən müəllif özünü romandakı naturalizm xəttinə bağlamışdır. Oxucuya gündəlik həyatda hər şeyin necə yaşandığını izah edir; Bütün çılpaqlığını, nifrətini, kinini, sevgisizliyini, psixopatiyasını, sosiopatiyasını çatdırdı. Bununla da Hakan Günday oxucuya vermək istədiyi mesajı çox aydın şəkildə çatdıra bilir. Bu vəziyyəti nəzərə alaraq, “bu müəllifin də dilində sümük yoxdur” deyə bilərsiniz. Digər tərəfdən, bu şəkildə izah edildiyi üçün sizin üçün maraqlı ola bilər. Uğurlu yazıçı “Kinyas və Kayra”nı 2000-ci ildə 25 yaşında ikən yazıb. Əsəri yazarkən çox gənc olan müəllif oxucularına sanki Afrika qitəsini əzbər bilirmiş kimi hisslər yaşadır. Bu baxımdan təsvirləri, şəhərləri və ümumi baxış bucağı ilə uğurlu bir romandır. Hakan Günday sosioloji tənqidlərini səsləndirərkən, sorğu-sual etməyən, oxumayan, dəyərləndirməyən, öyrənməyən insanlara mesajını ağır bir dillə ifadə edib. Məzmunu : İki gəncin evdən qaçışının hekayəsi. Onlar dost deyildi, qardaş deyildi, onların arasındakı bağı da sevgi adlandırılmayacaq qədər kəskin bucaqlara sahib idi. Onlarınkı zehni yalnızlıqdan doğmuş zəruriyyət idi. Ağır düşüncələri və ağır əməlləri var idi, ailələrinə dönüb baxdıqda isə təəccüblənmədən edə bilmir. Bu kitab bir az da "gözəl" ailələrin "çirkin" övladlarına ithaf edilməlidir. Kayranın ailəsi ona nə maddi, nə mənəvi korluq verməmişdir. İmkanlı bir ailədə böyümüş, tibb təhsili alarkən hər şeyi yarıda qoyub qaçmışdır. Onun tək əksiyi gözəllik isi bəlkə də. Qəribə bir siması var idi, uzatdığı saçları, üzündə və bədənindəki yaralar onu daha da vahiməli edirdi. Kinyas (Tolga) ailəsi bəzən problemlər yaşayırdı, beyninin içində cəhənnəm var idi sanki. Ailəsinə səbəbsiz bir nifrət duyur, elə qaçışına da bu səbəb olur. O Kayradan daha gözəl idi. O qədər ki, Kayra da içdən içə ona heyranlıq duyurdu. Zehni ölüm. Hədəfləri, yollarının sonunun belə olma istəyi qəribə idi. Zehni ölüm? Hmm nə gərəkli idi? Duyğulardan və insanlıqdan, bütün insani tələblərdən vaz keçmək, daha da ötəsi yaşamdan Evdən qaçan gənclər özlərini Afrikada tapır. Ədalətsizliyin, illeqal işlırin azadlıq qazandığı ölkəyə... Acı çəkirdilər, düşüncələri öldürdü onları, pul heç bir əhəmiyyət kəsb etməsə də onlar üçün pul üçün hər çirkinliyə əl atır. Şiddət, küfür, seks, cinayətlər, qaçaqçılıq, içki, narkotik, hətta təcavüz... Onlar üçün qaçdıqları 8 ilin sonunda bunlar çox adiləşir. Afrikadan Amerikaya, Amerikadan Avropaya və ən nəhayət Türkiyəyə olan səyahətlərində artıq yollarını ayırmaq vaxtı çatır. Kinyas və Kayranın ayrılması ağın və qaranın ayrılması idi bir mənada. Kayra udmuşdu Kinyasın bütün məsumiyyətini, vicdanını. Ona elə inandırmışdı ki, bütün bunkar etmək istədiyinə sadəcə 8 il sonra hər şeyi dərk etməyə, əslində yaşadıqları heç bir şeyin bu qədər çətin olmadığını istəsə öhdəsindən gələ biləcəyini anlayır. Kayramı? Tamamilə yox olur qaranlığında. Zehni öldümü bilmirəm, əmin olduğum tək şey insanlıqdan vaz keçdiyi idi. Hmm bəlkə də özü özünü küsdürdü insanlığa...
Kinyas ve Kayra
Kinyas ve KayraHakan Günday · Doğan Kitap · 202227,4bin okunma
·
238 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.