Gönderi

Orxan Bahadırsoy: Atəşindən alışıb, soyuğundan donmuşam. Mən hər şeyə başlanğıc, təkcə sənə sonmuşam. Bahar Zamanova: Sənsiz cəhənnəm idi Yerim yurdum yatağım Tanrı "yandırın" dedi Baxıb gördü yanmışam. Orxan Bahadırsoy: Hər yerdə yuva hördüm, vətən olmadı, gördüm! Dur, qapını aç, ömrüm, eyvanına qonmuşam! Bahar Zamanova: Yazı qışa döndərən Quzeyimdən gün dərən Qapımı açıb girən Gölgəni sən sanmışam Orxan Bahadırsoy: Dərdimi bəlli etdim, min cür təsəlli etdim. Getdim, təməlli getdim, yenə sənə dönmüşəm. Bahar Zamanova: Kim gedib, kim gözləyib Kim qalıb, kim dözməyib Səndən nağıl istəyib Mən mənə aldanmışam Orxan Bahadırsoy: Boş ver o nağılları, bir dəfə bax, gör barı... Mən üzü sənə sarı səcdədə dayanmışam. Bahar Zamanova: Mən həm qış, mən həm bahar Mən həm yoxam, həm də var Mən gizli, mən aşikar Tək sənə əyanmışam. Orxan Bahadırsoy: Dodağımda sükutsan, əllərimdə qunutsan. Ölərəm, e, unutsan, mən sənə inanmışam. Bahar Zamanova: Nə yük qalıb boynunda Ay əlləri qoynunda Mən həyat oyununda Ölümlə sınanmışam Orxan Bahadırsoy: Başımda dəli sevda, əcəb ölməli sevda! Ömrün əvvəli sevda, axırı hicranmışam! Bahar Zamanova: Qupquruca nəfəsdim, Unutmadığın səsdim, Həsrəti qurban kəsdim Mən əlləri qanmışam. Orxan Bahadırsoy: Başı bəlalı yarım, yerim, yurdum, diyarım! Yarım qalmışdım yarım, gəldin tamamlanmışam! Bahar Zamanova: Dənizə dönən göləm Məcnun gəzdiyi çöləm Sən həm ağam, həm köləm Mən xan qızı xanmışam. Orxan Bahadırsoy: Şeirin Sultanısan, ürəyimin Xanısan. Sən Bahar Zamanısan, mən quru Orxanmışam. :) Bahar Zamanova: Kədər kədər üzüldüm Əllərinə düzüldüm. Bir söz dedin çözüldüm Bu qədər asanmışam Orxan Bahadırsoy: Ey əvvəlim, axırım, izim, yolum, cığırım, Bax, əllərim yuxarı qarşında dayanmışam.
·
145 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.