Gönderi

Franzz)))
Heç evlənməmiş və uşağı olmayan Franz Kafka günlərin bir günü Berlində bir parkda gəzərkən, çox sevdiyi oyuncaq gəlinciyini itirdiyi üçün ağlayan bir balaca qız uşağı ilə rastlaşır. Franz Kafka da həmin qızla birlikdə oyuncağı nə qədər axtarır, lakin tapa bilmirlər. Ertəsi gün yenidən o parkda həmin qızla görüşür və yenidən oyuncağı axtarmağa başlayırlar, lakin yenə də tapa bilmirlər. Qızın çox üzüldüyünü anlayan Franz Kafka qıza oyuncaq tərəfindən yazılan bir məktub verir. Məktubda: "Aglama, kiçik bir dünya səyahətinə çıxmışam, sənə macəralarım haqqında yazacağam" yazılmışdır. Beləliklə, Kafka'nın həyatında yaşamının sonuna kimi davam edən bir hekayə başlar. Hər dəfə görüşdüyü zaman qıza həmin məktubları oxuyar və qızın çox xoşbəxt olduğunu bir daha anlayar. Kafka evinə getmədən öncə bir oyuncaq dükkanına gedər və bir oyuncaq gəlincik alıb qıza gətirər Qız isə: "Amma heç mənim oyuncağıma bənzəmir" dəyər. Kafka oyuncağın yazdığı digər məktubu da qıza verir. Məktubda "Səyahətlərim məni dəyişdirdi" yazılmışdır. Balaca qız yeni oyuncağı qucaqlar və onunla birlikdə sevinə- sevinə evinə gedər. Bir il sonra Franz Kafka ölür. İllər sonra artıq böyümüş olan qız oyuncağın içində bir məktub tapır və onu oxumağa başlayar. "Sevdiyin hər şey bir gün mütləq yoxa çıxacaqdır, amma sonunda o sevgi başqa bir şəkildə sənə geri dönəcəkdir". İmza: Franz Kafka Qız məktubu oxuyar və bu söz onun həmişə həyatının bir parçasına çevrilər.
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.