Gönderi

320 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
~Cəmiyyətimizdə gözlə görülməyən, baş alıb gedən iyrənclikləri, insanların içindəki çirkliliyi ən yaxşı şəkildə göstərən əsərlərdən biri…Əsəri oxuyarkən olduqca məyus oldum. Çünki insan normal oturub düşündüyü zaman gerçəkləri həqiqətəndə olduğu kimi tam görə bilmir, əlbəttə ki, bu hər zaman belə olmuşdur biz insanlar üçün. Amma bəzən cəmiyyətimizin, biz insanların o qədər də çirkinləşmiş olduğuna inanmırıq, az da olsa içimizdə ümid yeri qoyuruq…baxın səhv elə buradadır “Ümid Yeri Qoymaq”.Bizim insanlar və cəmiyyətimiz üçün həqiqətən də bu cür düşünmək heç düzgün deyil. Çünki nankorluq hər zaman olduğu kimi əksilmədən hətta artaraq davam edir. Bir də bu nankorluğa cahillik, nadanlıq da əlavə olunarsa cəmiyyətimizi və bizlərin düşə biləcəyi vəziyyəti düşünməyi sizlərə buraxıram.. ~Bilinməyən bir səbəblə korluğun yayılması nəticəsində şəhərdə bütün insanlar kor olmuşdur amma bir qadın istisna olmaqla. Bəli, o qadın bu iyrənclikləri, baş verən, insan qürurunu ayaqlar altına atan, qadın əxlaqını, namusunu ən aşağı nöqtəyə endirən bu qədər hadisələrə görən iki gözü ilə şahidlik etmişdir.Belə anlamaq olur ki, bir millətin, bir insanın qarşılaşdığı fəlakət nə qədər faciəvi, dəhşətli olursa olsun, bu millət və ya bu insan bu fəlakətə baxmayaraq daha da çirkinləşməyi, iyrənc bir varlıq, olmağı çox yaxşı bacarır..Yazıçının nə üçün tək bir insanı kor etməməyi mübahisəli bir mövzu olsa da, mənim düşüncəm bu olmuşdur ki, yazıçı bizə baş verənləri daha yaxşı görməyimiz, anlamağımız üçün bir qadının görən gözlərindən ustalıqla istifadə etmişdir.. ~Son olaraq əsərin sonunda çox yaxşı bir cümlədən istifadə edilmişdir..Biz həqiqətəndə koruq. Görən korlar yox.Gözləri olduğu halda görməyən korlar..Bundan nəticə çıxara bilərik ki, bizim korluğumuz sadəcə mənəvi korluqdur, bəli mənəvi..
Körlük
KörlükJosé Saramago · Kırmızı Kedi · 2022104,7bin okunma
·
433 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.