Gönderi

Səni sevmək olmur bu yaşdan sonra..
Əlimi üzmüşəm yağış səsindən, Daha gün də çıxmaz yağışdan sonra. Kirayə bir evin pəncərəsindən Səni sevmək olmur bu yaşdan sonra Səni sevmək olmur yad bir ölkədə, Səni sevmək olmur tələbə kimi. Əlavə bir yüksən hər gün bəlkə də Çıxdığım altıncı mərtəbə kimi. Elə ki gözündən bir az yaş axır, Ev yiyəsi evə gələnəcəndi. Hönkürəndə səsin bayıra çıxır, Səni sevmək olmur, divar incədi. Tənhalıq üstümə it kimi hürür, Mən oldum-olmadım evdə dolaşır. Səni sevmək olmur, qonşular görür, Deyirlər bu oğlan kimlə danışır. Amma sən, bilirəm, elə indi də, İlin bu çağında sevirsən məni. Kimin maşınında, kimin evində, Kimin qucağında sevirsən məni? Elvin Bakiroğlu
·
334 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.