Gönderi

384 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
"Rasim qadının ovcunda bərk-bərk tutduğu əşyanın məhz həmin köynək parçası olduğuna qəti əmin idi. O, pəncərədən aşağı atıldığı anda sövqi-təbii olaraq özünü xilas etmək məqsədi ilə əlini öz qatilinin köynəyinə atmış, köynəyin kiçik bir parçası cırılıb qoparaq əlində qalmışdı. Bura qədər hər şey anlaşılırdı. Anlaşılmayan isə Əsmərin ölümündən dəqiqələr əvvəl bu dəlili gizlətməyə çalışması idi. O niyə belə etdi axı? Köynək parçası qatili müəyyən etmək üçün əhəmiyyətli bir dəlil ola bilərdi və Əsmər də bunu anlamamış deyildi, yəqin. Yəni belə çıxırdı ki, o qatilinin ifşa olunub həbs edilməsini istəmirmiş?.." Elxan Elatlı yaradıcılığını çox sevirəm və bu əsərlə yazarın bütün romanlarını oxumuş oldum. Amma bu əsər müəllifin digər əsərlərindən bir qədər fərqlidir. Elxan müəllimin detektiv janrında yazdığı məlumdur, "Mərtəbələr" və "Eksperiment " adlı psixoloji romanlarının olduğunu da bilənlər bilir. Lakin bu əsər həm detektiv, həm də psixoloji romandır, müəllifin öz dili ilə desək, psixoloji-detektiv romandır. Əsər Əsmər adlı qadının ölümü və bu cinayətin məşhur cinayət-axtarış eksperi Qanbay Qasımlı tərəfindən araşdırılmasından bəhs edir. Lakin əsər bu süjet üzərində qurulsa da, əsərin böyük bir hissəsi qəlbi həyat eşqi ilə dolu, yaşamaq, magistratura oxumaq kimi ali arzuları olan Əsmər adlı qızın xəyanətə uğraması və tədricən bədbəxt, yazıq, nəhayət "susan" qadına çevrilməsindən bəhs edir. Cinayət tərəfindən baxıldıqda müstəntiqi iki nüans səhv yola salır: Əsmərin qatilinin yaxasından cırdığı köynək parçasını gizlətməyə çalışması və hadisənin yeganə şahidinin ifadəsi. Əslində, şahid təhrif olunmuş, yalan heç bir məlumat demir, amma... Qanbay Qasımlı isə bu nüanslara diqqət edə bilir. Psixoloji cəhətdən isə müəllif insan həyatının hər bir anına, gedişatına çox ustalıqla toxunub. Sevgi, xəyanət, alçaqlıq, şərəfsizlik, özünü "kişi" hesab edən məxluqlar və başqa bu kimi şeylər əsərdə ən xırda incəliklərinə qədər əks olunub. Həmçinin, Qanbay Qasımlının həyat yoldaşı tərəfindən "xəyanətdə" günahlandırılması, bu səbəbdən arvadının ondan ayrılması, Qasımlının ikinci dəfə övlad sınağına çəkilməsi də var. Əsərin dili çox axıcıdır, qısa zamanda oxuyub bitirmək mümkündür. Xoş mütaliələr! P.s.: Əsərin sonluğu və "Qanbay Qasımlının son qərarı" romanın ən çox bəyəndiyim tərəfi oldu
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022302 okunma
·
172 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.