Gönderi

264 syf.
10/10 puan verdi
Uzun zamandır incələmə yazacam deyə gün gözləyirdim. Nəhayət əsər barədə dağınıq fikirlərimi bir yerə toplaya bildim. Aljir...ilk dəfə adını oxuyanda nə mənaya gəldiyini sözün həqiqi mənasında anlamamışdım. Sonra kitabı vərəqlədiqcə doğma bir şeylər hiss etdim...doğma kəslər. Ülviyyə Tahirdən oxuduğum ilk əsər olmasına baxmayaraq qələmini çox bəyəndiyimi söyləyə bilərəm. Əsər repressiya dövrünün qaranlıq səhiflərinə işıq tutacaq qədər qüvvətlidir, zənnimcə. Yazmaq istəyirəm, Aljirdəki iztirabları yazmaq istəyirəm, amma hiss etdirə bilərəmmi? Təbii ki, xeyr... "Nəyin uğruna mübarizə aparır insanoğlu?" Uğrunda mübarizə apardıqları quruluş tərəfindən vətən xaini elan edilən o kəslər...onların həyat yoldaşları, övladları... çəkdikləri işgəncələr, iztirablar, həsrət, tökdükləri göz yaşları, qanlar...və sükut...Sükut həmişə sözün yoxluğundan deyil, dərdin çoxluğundan qaynaqlanır. Onların sükutu isə Akmol düşərgəsi, Aljir idi...onlar susdurulan, susmağa məhkum edilənlər idi. Nə üçün? çünki bu rejim üçün ziyalı demək təhlükə deməkdir. Əsərdə keçmişin qaranlıq dəftəri indiki zamanla sintez halında təqdim edilir. Hansı ki, oxuyanda belə ürəkləri sızladan hadisələrin daha dərin izlərini, xatirələrini daşımaq, hər gün vicdan əzabından qıvranmaq, keçmişi nəyinki unutmaq heç kənar rəfə belə qaldırıb qoya bilməmək...sadəcə işgəncədir. Hansı ki, ssenarist həmin hadisələrin əzabı ilə yaşayan, fəqət müəllifin də qeyd etdiyi kimi bir növ ana qayğısından məhrum edilərək manqurtlaşdırılmağın ağuşuna tərk edilmiş "vətən xaini" övladının xatirələrini böyük bir ürək ağrısı ilə dinləyir, çox vaxt bu istəyindən imtina edir, bu işgəncəyə son verəcəyimi zənn edərək kitabı yarıda saxlamaq istəyim kimi... Əlləri qələm tutmalı olan ziyalı xanımlar bel, kürək çevirirdi...hər şey aydındır kifayət qədər. "Rejim öz balalarını yeyəndə məni axtar, gələcəyəm" deyən Vəkildən "Yaşamağın intihar oldugu yerdə intihar lüzumsuz qalıb." Deyən Gülnarəyə qədər... Yarım qalmış günlər, yarım qalmış sevdalar, yarım qalmış cümlələr, yarım qalmış insan yığını, sadəcə yarım qaldı... "Hər kəs hər şeyi bilirdi, hər kəs də bildiyi qədər susurdu."
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019195 okunma
·
123 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.