Dünya şöhrətli biri ola-ola hər şeyi olduğu kimi, içindən gəldiyi kimi aşkar şəkildə oxucuların ixtiyarına buraxmaq..məncə hər yazıçının edə biləcəyi bir şey deyil. Bunu hər hansısa uydurma bir qəhrəmanın timsalında etmək olardı. Amma bu əsəri özünəməxsus edən də elə budur ki, qəhrəman yoxdur. Varsa da o elə yazarın özüdür.
Kimsə üçün əsər bəlkə də sadə gələ bilər. O şeyləri demək olar, hamımız həyatımızın müəyyən bir mərhələsində yaşayırıq. Amma hansı birimiz yaşadıqlarımızı "açıq gözlərlə" görə bilirik?! Kimimiz ya tamam kökündən kəsib atır - inanmır. Kimimiz də yersizcəsinə inanır. Nəyə inandığını heç özü də bilmədən inanır. O inanc ki, xəfif bir yel əsən kimi yıxılır. Amma çox azımız, içimizdən yox deyiləcək qədər az adam nəyi niyə etdiyini bilir. İnanır və Onsuz olmayacağını, Onsuz xoşbəxt olmadığını görür, duyur, bilir.
Lev Tolstoyİtiraflarım