Gönderi

Biz bir neçə il bundan qabaq burada başa qəmə vurmaq - azğınlıq olması aydın olan bu məsələ - barədə bəzi məsələləri qeyd etdik, böyük şəxsiyyətlər də danışdılar, nəciblik nümayiş etdirib qəbul etdilər, camaatın da çoxu deyilənləri qəbul etdi. Bir də gördük künc-bucaqdan səs-küy qalxdı ki, siz İmam Hüseyn ilə düşmənsiniz! Məgər "nicat gəmisi və hidayət çırağı" olmasının mənası şəriət baxımından problemli olması şübhəsiz olan və ikinci dərəcəli hökm baxımından da haram olması qəti və aşkar olan bir əməli yerinə yetirməyimizdir?! Biz gərək bu maarifləndirmə işlərini aparaq ki, bizim gənc nəsil İslama daha çox meyil göstərsin. Siz gənclərin İslama meyil göstərməsinin şahidisiniz. Bu, emosional bir meyildir. Bu meyil çox dəyərlidir. Amma o, dalğa kimidir, gəlib qayıda bilər. Əgər biz bu dalğanın davamlı olmasını istəyiriksə, gənclərin intellektual bazalarını möhkəmləndirməliyik. Bizim əlimizdə bu qədər mənbə - cənab Meşkininin qeyd etdiyi Əbu Həmzə duası, İmam Hüseynin Ərəfə günü oxuduğu dua - var. Bizim gənclər bunları oxuyurlar, amma mənasını başa düşmürlər. "İlahi, mənə elə bir qəlb ver ki, Sənə aşiq olsun!" Bu münacatlardan, bu kimi əsaslardan, belə dərin mənalı sözlərdən “Şəban münacatı" kimi dualarda və Səhifeyi-Səccadiyyədə çoxdur. Amma biz gərək onları gənclərə bəyan edək, açıqlayaq, izah verək ki, onlar başa düşsünlər, həmin duaları malik olduqları sevgi, duyğu və şövqlə oxusunlar.
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.